Fəzail Ağamalı Razi Nurullayevi Prezidentlə ÜZ-ÜZƏ QOYUR? - QALMAQAL
Milli Məclisin dünən keçirilən plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayevlə həmkarı, Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı arasında qalmaqal yaşanıb. Bu barədə cebhe.info-nun məlumatında deyilir.
Belə ki, Milli Məclisdə Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Razi Nurullayev bildirib ki, buna qədər ayrılan kreditlərin monitorinqi aparılmayıb.
"Diqqəti məsələnin önəminə çəkmək üçün Yaponiya hökuməti ilə bu layihənin əleyhinə səs verəcəyəm. Demək olar ki, dövlət müəssisələrinin Azərbaycan hökumətinin zəmanəti ilə aldığı kreditlərin effektivliyi və ya qeyri-səmərəliliyi barədə şəxsən mənim heç bir məlumatım yoxdur. Əldə etmək üçün də açıq bir resurs yoxdur. Ümumiyyətlə, ən vacib məsələ bu günə qədər alınan kreditlərlə bağlı müfəssəl, şəffaf və görülən işləri əks etdirən hesabatın cəmiyyətə açıqlanmamasıdır", - deyə Razi Nurullayev çıxışı zamanı deyib.
Fəzail Ağamalı isə buna cavab olaraq Razi Nurullayevin hansısa məqsədlərə görə bu cür çıxış etdiyini bildirib:
"Azərbaycan bu gün məsuliyyətli ölkədir. Bu gün təqdim edilən layihə bütün süzgəclərdən keçərək Milli Məclisə təqdim olunub. Deputat həmkarım ətraflı məlumat almaq istəyirsə, müraciət edə bilər. Hansısa məqsədlərə görə bu cür çıxışları qəbul etmirəm".
İki deputat arasında yaranan qalmaqalla bağlı Cebhe.info-ya danışan Razi Nurullayev Fəzail Ağamalının çıxışına təəccüblənmədiyini deyib:
“Çünki parlament danışmaq, müzakirə etmək, fikir bildirmək yeridir. Bunun üçün də hər bir millət vəkili bir-birinin fikirlərinə etiraz edə, fikir bildirə, razılaşa və ya razılaşmaya bilər. Amma dünən hörmətli Fəzail müəllimin güya ki, hansısa məqsədi güdüb təndiq səsləndirirəm, bunun arxasında məkirli məqsədimim olduğuna dair iddiası tamamilə doğru olmayan yanaşmadır. Çünki xalq da bilir ki, mənim danışıqlarımın arxasında heç bir məqsəd dayanmır. Digər tərəfdən, Yaponiya və Azərbaycan hökuməti arasında kiçik şəhərlərin su təchizatı və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihəyə 32 milyon dollar vəsait ayrılır. Mənim də sualım bundan ibarət idi ki, buna qədər də kreditlər alınıb və layihələr artıq bitib. Amma bunların nəticəsi ilə bağlı monitorinq aparılıbmı? Yəni alınan kreditlər şəffafmı xərclənib? Hədəf qurupları razı qalıbmı? Bunları öyrənmək istəyirəm. Monitorinqin nəticələri isə yoxdur. Ona görə də çıxışımda bunları dedim”.
Razi Nurullayev bildirib ki, o layihədə iştirak etmək üçün nə şirkəti, nə də alınacaq o 32 milyonda gözü var:
“Heç onu mənə verən də yoxdur. Burada mənim nə məqsədim ola bilər? Mənim yalnız bir məqsədim var, Azərbaycan xalqına qulluq etmək. Məqsədim Azərbaycan dövlətçiliyini qorumaq, büdcənin talanmasının qarşısını almaq və dövlət qarantı ilə xaricdən alınan kreditlərin şəffaf hesabatlı olmasına nail olmaqdır. Çünki sonda o, bizim büdcənin pulu ilə Yaponiya hökumətinə geri qaytarılacaq. Orada bəzi çıxışlar oldu ki, Yaponiya şəffaf ölkədir və onlar nə etdiklərini bilirlər. Bu, heç də belə deyil. Yaponiya gözəl, şəffaf ölkədir və təqdim olunan sənədlərə uyğun olaraq kreditləri ayırır. Amma sonradan o layihənin effektiv olub-olmamasının məsuliyyətini Yaponiya yox, Azərbaycan daşıyır. Ona görə də bu məsələyə bu cür fikir bildirdim və danışmağa da davam edəcəyəm. Bu məsələlərdə geri çəkilmək olmaz. Millət vəkili xalqın yanında dayanmalı və xalqın sözünü deməlidir. Mən də xalqın yanında dayandım və xalqın sözünü dedim”.
Razi Nurullayev sonda əlavə edib ki, Fəzail Ağamalının çıxışında onu Prezidentlə üz-üzə qoymaq cəhdi də hiss olunub:
“Əslində isə cənab Prezident də parlamentdəki çıxışında qeyd etmişdi ki, millət vəkilləri gördükləri problemləri deməli, bununla bağlı çalışmalıdır. O baxımdan mənim dediklərim elə birbaşa Prezidentə kömək etmək deməkdir. Bizim müxalifət olaraq həm də vəzifəmiz əyriləri görüb deməkdir ki, düzəlsin. Hər şeyə gözəldir demək nəyə lazımdır? Millət vəkili tərifi də yerində deməlidir, amma tənqidi də səsləndirməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-12-2021, 12:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər