reklam
Regionxeberlericom.az » Sosial » "Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət etmişəm..." - GİLEY

reklam

"Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət etmişəm..." - GİLEY
















Nizami rayonunda müharibə veteranına aid bir evin damı uçub. Bununla bağlı redaksiyamıza şikayət daxil olub. Qara Qarayev prospektində yerləşən ev damın uçması ilə yararsız hala düşüb. DİA.AZ xəbər verir ki, evdə tək yaşayan müharibə veteranı eyni zamanda nevroloji əlildir. Bu halla bağlı dəfələrlə müraciət etdiyini bildirsə də, hələ də tədbir görülmədiyini iddia edir:

"Mən, 62 yaşlı Şamilov Bəhram Eyvaz oğlu, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 37, mənzil 75-də tənha yaşayıram, baxımsız qalmışam. Yazıçı, eyni zamanda ADMIU-nun magistrantıyam, YAP-ın üzvüyəm, ixtisasca həkiməm. Kompüterimi, smart telefonlarımı götürüblər, mənzilim uçub, dəfələrlə məni vurublar.

5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilimdə salamat yer yoxdur. Döşəməyə su dolur, aşağı mərtəbədəki qonşunun mənzilinə tökülür. Evdə palto ilə yatıram, küçə ayaqqabısı ilə gəzirəm. Mənzilimin bu halından qonşular da şikayət edir. Müharibədə çöldə yaşamağa öyrəşmişəm, ancaq belə ictimai təhlükəli, antisanitariya vəziyyətində xəstəlik yayıla bilər.

Neçə illərdir ki, evin plana düşdüyünü deyirlər. Mərkəzi Həkim Komissiyası da səhvən xəstəliyimi hərbi xidmətdə aldığımı yazdığı üçün müharibə əlillərinə güzəştli mənzil ala bilmirəm. Mən müharibədən sağ qaldığıma görə şükür edirəm. Ancaq ictimai təhlükəsizliyi qorumaq, təmin etmək lazımdır. Müraciət etmədiyim təşkilat qalmayıb. Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət etmişəm. Gəlib yoxlayıb gediblər. Yaşadığımız beşinci blokun tavanı da zədələnib, bloka su damır.

Bir-iki il əvvəl Fövqəladə Hallar Nazirliyində birinci mərtəbədə qəbulda oldum, Nizami rayonu Icra Hakimiyyətindən akt istədilər, Icradan mühəndis gəldi, şəklini çəkdi, evin təmirə yararsız olduğunu dedi. Lakin akt yazmadılar. Sonra dəfələrlə 112-yə zəng edib məlumat vermişəm, 83 saylı Mənzil İstismar sahəsindən gəlib baxdılar, şəklini çəkdilər, evin dam örtüyünə hidroizolyator döşəyəcəklərini dedilər, amma hələ bir xəbər yoxdur. Evin damını təmir etmək lazımdır, yəni mənlik bir iş yoxdur".





Paylaş:


Müəllif : Tarix:
22-12-2021, 09:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər