Rabitə müəssisələri niyə zərərlə çalışır? – Ümidləri doğrultmayan nazirlik
Söz vermişdik ki, fəaliyyəti adətən medianın diqqətindən kənarda qalan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında araşdırmalarımız davam edəcək. Bu silsilədən növbəti yazımızı təqdim edirik. Birinci yazı ilə bu linkdən tanış ola bilərsiz.
Bütün dünyada rabitə sektoru iqtisadiyyatın ən gəlirli sahələrindən biri hesab olunur. İnkişaf etmiş və etməkdə olan ölkələrin əksəriyyətində bu sektor özəl əllərdə olmaqla, böyük gəlir mənbəyi kimi tanınır. Qaynarinfo-nun verdiyi xəbərə görə, Azərbaycanda isə mobil rabitəni qismən çıxmaq şərtilə, rabitə demək olar ki, bütünlüklə dövlətin, daha doğrusu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) əlindədir.
Bütün Azərbaycanı stasionar rabitə, internetlə təmin edən NRYTN isə hələ də gəlirə çıxa bilməyib. Bu, o demək deyil ki, nazirlik gəlir əldə etmir. Əlbəttə ki, əldə edir, lakin o gəlirlər gəldiyindən daha böyük sürətlə xərclənir və yekunda nazirlik zərərə çıxır. Məsələn, 2018-ci ildə bu nazirlik 216,162 milyon manat gəlir əldə edib.
Qurumun maliyyə hesabatına əsasən əldə olunan gəlirin 177,292 milyon manatı birja əməliyyatlarından, 38,87 milyon manatı qeyri-birja əməliyyatları hesabına qazanılıb. Və nazirliyin ötənilki xərcləri gəlirlərini üstələməklə 216,302 milyon manat təşkil edib. Bu vəsaitlərin çox böyük hissəsi maliyyə yardımları və sair transferlər üzrə xərclərin payına düşür – 212,658 milyon manat. Hesabatda bu xərclərin dəqiq istiqamətləri əksini tapmayıb. Ötən il NRYTN-in əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 2,725 milyon manat, sair əməliyyat xərcləri 649 min manat, amortizasiya xərcləri 161 min manat, sərf edilmiş material ehtiyatları üzrə xərcləri isə 109 min manat təşkil edib. Beləliklə də qurumun xərcləri gəlirlərini 140 min manat üstələyib.
“Bakı Telefon Rabitəsi” MMC-nin gəirləri də sürətlə azalır
Nazirliyin ayrı-ayrı qurumları üzrə gəlir-xərclərə nəzər salaq. Ən böyük müəssisələrdən biri olan “Bakı Telefon Rabitəsi” MMC 2018-ci ili 6 milyon 217 min manat xalis mənfəətlə başa vurub. Qaynarinfo MMC-nin illik hesabatına istinadən xəbər verir ki, ötən il MMC-nin cəmi gəlirləri 63 milyon 291 min manat, cəmi xərcləri isə 57 milyon 74 min manat təşkil edib. Nəzərə alsaq ki, “Bakı Telefon Rabitəsi”nin gəlirləri 2016-cı ildə 68 milyon 816 min manat, 2017-ci ildə isə 67 milyon 945 min manat təşkil etmişdi, onda aydın olur ki, MMC-nin gəlirləri sürətlə azalır. Nəticədə 2016-cı ili 9 milyon 731 min manat, 2017-ci ili isə 10 milyon 244 min manat xalis mənfəətlə başa vuran “Baktelekom” ötən il 6 milyon 217 min manatla kifayətlənib.
“Bakı Telefon Rabitəsi” MMC Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərir. Bu qədər geniş çeşidli xidmətlərin müqabilində əldə olunan mənfəət çox cüzi bir rəqəmi əhatə edir.
“Aztelekom” MMC-nin də gəlirləri azalıb
“Aztelekom” MMC isə 2018-ci ili 18 milyon 812 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, MMC 2017-ci ili 5 milyon 647 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, illik müqayisədə “Aztelekom”un xalis mənfəəti 3,3 dəfə artıb. Lakin müqayisəli təhlil göstərir ki, MMC-nin illik gəlirlərində ciddi azalma var. Belə ki, ötən il MMC-nin cəmi gəlirləri 81 milyon 953 min manat, cəmi xərcləri isə 63 milyon 141 min manat təşkil edib. 2017-ci ildə “Aztelekom”un cəmi gəlirləri 89 milyon 438 min manat, cəmi xərcləri isə 83 milyon 791 min manat təşkil etmişdi.
Bu MMC hazırda öz tabeliyində 57 yerli telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir.
DANX-ın simvolik gəliri, “Azərpoçt”un böyük zərəri…
Nazirliyin tərkibinə verilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidməti isə 2018-ci ili simvolik mənfəətlə başa vurub. Xidmətin açıqladığı hesabatdan aydın olur ki, ötən il gəlirləri 2 milyon 529 min 184 manat, xərcləri isə 2 milyon 515 min 222 manat təşkil edib. Xidmətin mənfəəti cəmi 13 min 962 manat olub.
NRYTN-in ən böyük qurumlarından olan “Azərpoçt” MMC 2018-ci ili 334 min manat zərərlə başa vurub. Maliyyə hesabatından aydın olur ki, 2018-ci ildə MMC-nin gəlirləri azalıb, xərcləri isə artıb – 47 miyon 119 min manat gəlirə qarşı 47 milyon 453 min manat xərc olub. Halbuki “Azərpoçt” 2016-cı ili 4 milyon 595 min manat, 2017-ci ili isə 2 milyon 951 min manat xalis mənfəətlə başa vurmuşdu.
Nazirliyin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 2018-ci ili 8 milyon 238 min manat xalis mənfəətlə başa vurub. Ötən il “AzInTelecom”un cəmi gəlirləri 28 milyon 551 min manat, cəmi xərcləri isə 20 milyon 313 min manat təşkil edib.
2017-ci ildə “AzİnTelekom”un göstərdiyi xidmətlərdən gəliri 38 milyon 815 min manat olmuşdu.
Nəhayət, NRYTN-in nəzdində fəaliyyət göstərən, Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC 2018-ci ili 6 milyon 462 min manat zərərlə başa vurub. MMC-nin satışdan gəlirləri 37 milyon 86 min manat, 2018-ci ildə isə 36 milyon 812 min manat təşkil edib.
Ötən il “Azərkosmos”un cəmi gəlirləri 45 milyon 379 min manat, cəmi xərcləri 51 milyon 842 min manat təşkil edib.
2018-ci ilin sonunda “Azərkosmos”un yığılmış zərəri 313 milyon 191 min manat təşkil edib. 2017-ci ilin sonunda bu rəqəm 308 milyon 154 min manat idi.
“Azərkosmos” 2010-cu ildə telekommunikasiya peyklərinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə təsis edilib. “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri “Azərkosmos”un idarəçiliyindədir.
Nazirlik “müştəri oğurluğu” ilə məşğuldur
Bir zamanlar keçmiş nazir Əli Abbasov və tabeliyindəkilərin dövlət vəsaitlərini mənimsəmə mexanizmləri açıqlananda, ümid edilirdi ki, yeni gələn nazir dövlət müəssisələrindən əldə olunan vəsaitlərin daha səmərəli xərclənməsini təmin edəcək. İndi isə aydın olur ki, nəinki səmərəli xərcləmələr təmin olunmur, həm də rabitə müəssisələrinin gəlirləri ilbəil azalır. “BakTelekom” və “AzTelekom”un timsalında bunu aydınlıqla görmək olur. Bu azalmanın səbəbləri açıqlanmır.
Maraqlıdır ki, hər iki qurumun təqdim etdiyi xidmətlərin dəyərində hər hansı azalma qeydə alınmayıb. Əksinə, onlar müxəlif ərazilərdə internet xidməti göstərən özəl şirkətlərə maneələr yaratmaqla, xeyli sayda müştərini ələ keçirə biliblər. Belə ki, ötən yazımızda yer alan “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün açıqlamasına görə, “AzTelekom” dövlət operatoru faktiki olaraq “müştəri oğurluğu” ilə məşğuldur: “Son günlər bu dövlət operatoru özəl provayderlərin minlərlə müştərilərini qeyri-qanuni olaraq öz şəbəkəsinə keçirib. Bu, necə baş verir: Deməli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Çindən dövlət vəsaiti hesabına balaca, kiçik tutumlu ONU tipli mini ATS-lər (köməkçi ATS-lər) gətirib. Bu ATS-lər istifadəçilərə daha yaxın ərazilərdə fiber-optik xətt üzərindən quraşdırılır. Yəni hazırda mövcud olan ATS-lərlə müştəri arasında daha bir köməkçi ATS qurulur. Lakin bundan o tərəfi, yəni müştəriyədək olan məsafə isə yenə də adi mis kabel üzərində olan, köhnə ADSL texnologiya əsasında internet xidməti olacaq. İndiki anda bu, sadəcə, biabırçılıqdır. Dünyanın inkişaf etmiş ölkələrinin lap çoxdan, qonşularımızın isə artıq 3-4 ildir ki, imtina etdiyi ADSL texnologiya ilə internet xidmətinə investisiya yatırmaq indiki anda absurd bir şeydir. Anlamıram ki, indiki anda bu kimin ağlına gəlib. Xatırlayıram ki sonuncu dəfə 7-8 il bundan öncə BTRİB bu texnologiyadan istifadə edirdi. İzahı, analoqu olmayan bir situasiya ilə qarşı-qarşıyayıq.
Yeni ATS-lərdə özəl provayderlərin öz avadanlıqlarını yerləşdimək imkanı yoxdur. Və ya NRYTN qəsdən bu imkanı yaratmayıb. Xatırladım ki, özəl provayderlər hər ay bir xeyli vəsait ödəməklə öz müştərilərinə xidmət göstərmək üçün köhnə ATS-lərdə avadanlıqlar yerləşdiriblər. Tətbiq olunan “innovasiyadan” sonra yeni ATS-lərdə belə bir imkandan məhrum olan özəl provayderlərin köhnə ATS-lərdəki avadanlıqlarında “oturan” müştəriləri avtomatik olaraq NRYTN provayderlərinə keçir. Daha doğrusu, keçirilir”.
Maraqlıdır ki, ekspertin dediklərini RİTN nəinki inkar etmir, əksinə, prosesin digər ərazilərdə də həyata keçiriləcəyini bildirir. Nazirliyin mətbuata verdiyi məlumatdan aydın olur ki, “Aztelekom” MMC tərəfindən telekommunikasiya xidməti göstərən tabeli qurumlarının xidməti ərazilərində rabitə infrastrukturunun yenidən qurulması və xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün Xaçmaz rayonunda “külli miqdarda investisiya qoymaqla” yenidənqurma işləri həyata keçirilib. Bu işlər zamanı abunəçilərə daha yaxın məsafədə ONU avadanlığı qoyularaq keyfiyyətli və yüksək sürətli telefon və internet xidmətinin göstərilməsi təmin edilib. Bu səbəbdən mövcud mis kabellər istifadədən çıxarılıb, əvəzinə isə FO kabeli çəkilib.
Nəticədə abunəçilərin yenidən abunəçisi olduqları provayderin avadanlıqlarına qoşulması nazirlikdən asılı olmayan səbəblərdən mümkün olmayıb. Nazirlik bildirir ki, 2019-cu ildə Abşeron, Sumqayıt, Masallı TKQ-lərdə və Gəncə TKİ-də də yeni texnologiyaların tətbiqi həyata keçirilməkdədir: “Bununla əlaqədar “Data Plus”, “Qlobal Netvorks” və “CNC.AZ” MMC-lərə 25.09.2018-cu il tarixli məktublar göndərilərək bir neçə ay öncədən yazılı xəbərdarlıq olunmuşdur”.
NRYTN hansı səbəbdən dünyanın, yaxın qonşularımızın da imtina etdiyi, faktiki olaraq, yaxın illərdə tam meydandan çıxması gözlənilən ADSL texnologiyasına investisiya yatırdığını, təəssüf ki, əsaslandırmayıb. Bundan əlavə, bu qədər əlavə cəlb olunan müştərilərə rəğmən, “BakTelekom” və “AzTelekom”un gəlirlərinin niyə bir ildə 9-10 milyon manat azaldığına aydınlıq gətirilmir.
Eyni zamanda özəl şirkətlərə Bakı şəhərində internet kabel şəbəkəsini genişləndirməyə niyə imkan verilmədiyinin də cavabı açıqlanmır. Belə ki, özəl provayderlərin mətbuata açıqlamasına görə, paytaxt ərazisindəki bütün kabel “kanalizasiyaları” nazirliyin tabeliyindədir. Və özəl provayderlərə bu quyularla kabel çəkib binalara internet xidməti göstərməyə imkan verilmir. Bununla bağlı edilən müraciətlər ən müxtəlif bəhanələrlə geri çevrilir. Özəl provayderlərin isə faktiki olaraq özlərinin Bakı şəhəri ərazisində yeraltı kabel şəbəkəsi çəkmək imkanı yoxdur – bu, mümkün də deyil.
Qurumda mütəxəssis çatışmazlığı yaranıb
Daha bir maraqlı məsələ burasındadır ki, özəl provayderlər NRYTN strukturlarında mütəxəssis çatışmazlığı yarandığını bildirirlər: “Ən adi məsələlər üzrə müraciət edirik, məlum olur ki, sahəni bilən mütəxəssis yoxdur. Olanları yeni nazir gələndə işdən uzaqlaşdırıblar. Bəzən elə olur ki, hansısa texniki məsələyə görə müraciət edirik, nazirliyin işçiləri gedib köhnə mütəxəssislərdən xahiş edirlər sistemi onlara başa salmaları üçün”.
Bir neçə həftə əvvəl məlum oldu ki, ölkədə internetin “topdansatışı” ilə məşğul olan əsas provayder “Delta Telekom” dövlət operatorlarına qiymətlərin 70 faiz endirilməsini təklif edib. NRYTN və onun tabeliyində olan, internet bazarının 50 faizinə nəzarət edən dövlət provayderləri uzun müddət “Delta Telekom”un təklifinə cavab vermədilər. Daha sonra isə endirim kampaniyasının detalları barədə onlara məlumat verilmədiyini iddia etdilər. Lakin “Delta Telekom”un açıqlamasından məlum oldu ki, endirim təklifinin bütün detalları nazir müavini səviyəsində NRYTN-ə çatdırılıb. Belədə nazirliyin sərgilədiyi mövqe o deməkdir ki, dövlət provayderləri qiyməti endirmək istəmirlər.
NRYTN ləğv olunacaq- Strateji Yol Xəritəsinə əsasən
Onu da bildirək ki, 2016-cı ildə imzalanmış Strateji Yol Xəritəsinə əsasən 2020-ci ildə NRYTN ləğv edilərək yenidən formalaşmalı və müstəqil tənzimləyici qurum – Milli Telekommunikasiya Şurası yaranmalıdır. O.Gündüzün sözlərinə görə, bu sahədə vəziyyət necədir, hansı işlər görülüb, hansı ölkələrin təcrübəsindən istifadə olunacaq – bu haqda heç bir rəsmi açıqlama verilmir: “Yalnız bir-iki dəfə qeyri-müəyyən açıqlamalar verilib.Təəssüf ki İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi də bu istiqamətdə ciddi iş görmür. Güman ki, gücü çatmır və daha çox “baş ağrıtmayan” məsələlərə köklənir.
İndiyədək bununla bağlı maraqlı tərəflərin iştirakı ilə hər hansı müzakirə keçirilməyib. Burada nəsə qapalı bir informasiya mühiti yaradılıb. Hiss olunur ki, kimlərsə bundan çox narahatdır. Əlbəttə, tənzimləyici səlahiyyətlərin müstəqil quruma verilməsi sektorda vəziyyəti kökündən dəyişəcək. Yeri gəlmişkən, dünyada cəmi bir-iki ölkə var ki, telekommunikasiya sektorunda bizdəki fomada idarəetmə qalıb. Kommersiya, təsərrüfat və tənzimləmə funksiyalarını əlində cəmləyən NRYTN isə ciddi səhvlərə yol verir, var qüvvəsi ilə kommersiya xəttini gücləndirib, strategiya doğru qurulmur, bəsit və mənasız –imitasiya xaraketrli tədbirlərə üstünlük verilir, sektorda dövlətin xüsusi çəkisi hədsiz güclənib, rəqabətlə bağlı mühit nəinki inkişf etdirilmir, bu sektorda rəqabətli mühit hətta pisliyə doğru dəyişib”.
Göründüyü kimi, NRYTN-in fəaliyyəti həm özəl sektoru, həm də sahə üzrə mütəxəssisləri narazı salmaqdadır. Aydın məsələdir ki, kiçik bir ölkə olan Azərbaycanda bu narazılıq tezliklə ölkə rəhbərliyinə də çatacaq. Bu isə nazir Ramin Quluzadə üçün heç də yaxşı perspektiv vəd etmir.
Qaynarinfo
Paylaş:
Müəllif : Yazar
Tarix:26-06-2019, 11:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-06-2019, 11:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08