Təhsil Nazirliyi nə etmək istəyir? – “Status” söhbəti birmənalı qarşılanmır
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib ki, rəhbəri olduğu qurum “təhsil eksperti” statusu təqdim edəcək. Onun sözlərinə görə, indiyə qədər Təhsil İnstitutu olaraq heç kimə “təhsil eksperti” statusu təqdim edilməyib.
“Lakin yaxın gələcəkdə proses başlaya bilər, hazırda xarici təcrübə öyrənilir. Bu, yalnız təhsil sahəsinə aid deyil. Məsələn, kimya mühəndisliyi, mexanika mühəndisliyi və ya elektrik mühəndisliyi sahələri üzrə təhsil alan şəxslər müəyyən müddət işlədikdən sonra aidiyyəti üzrə institutlardan peşəkarlığın təsdiqinə dair sertifikat-status alırlar”, - deyə direktor bildirib.
Qeyd edək ki, Azərbaycanda müxtəlif sahələr üzrə müstəqil ekspertlər insitutu fəaliyyət göstərir və həmin ekspertlər aidiyyəti üzrə baş verənlərlə bağlı mövqeyini cəmiyyətə çatdırırlar. Bir çoxları belə hesab edirlər ki, “təhsil eksperti” statusu bir başlanğıcdır və gələcəkdə digər sahələrdə də hökumət tərəfindən “sahəvi ekspertlər” müəyyən ediləcək. Onların fikrincə, burada əsas məqsəd nəzarət altında olan şəxslərin vasitəsilə ictimai rəyə təsir etmək və müstəqil ekspertlərin fəaliyyətini əngəlləməkdir.
Xəzər Universitetinin təsisçisi və Direktorlar Şurasının sədri, professor Hamlet İsaxanlı AYNA-ya şərhində deyib ki, hər hansı qərarı qəbul edərkən ilk növbədə onun alqoritmləri tapılmalıdır: “Bu, əslində, çox qarışıq məsələdir. Son dövrlər Azərbaycanda təhsil eksperti institutu geniş vüsət almağa başlayıb. Bəziləri həqiqətən də bu sahənin incəliklərini öyrənib və kifayət qədər sağlam fikirləri var. Elələri də var ki, bu “statusdan” müəyyən məqsədlər üçün istifadə edirlər. Bir kitab yazan, kiçik bir araşdırma aparan da özünü təhsil eksperti kimi təqdim edir. Təbii ki, bu, yolverilməzdir. Lakin bunu inzibati yollarla həyata keçirmək nə dərəcədə düzgündür - bu barədə qəti mülahizə yürüdə bilmərəm”.
“Mən Təhsil İnstitutu direktorunun açıqlaması ilə tanış deyiləm. Yaxşı olardı, onlar bu məsələyə əsaslandırılmış şəkildə aydınlıq gətirsinlər ki, bunu necə və hansı formada həyata keçirəcəklər. İşçi Qrupu yaradılmalı, ümumi müzakirələr ictimaiyyətə təqdim edilməlidir. Belə olduqda məsuliyyəti bölüşmüş olacaqlar”, - deyə həmsöhbətimiz bildirib.
İsaxanlı hesab edir ki, belə olan halda verilən yekun qərar da ictimai etiraza səbəb olmayacaq: “Təbii ki, bu sahədə olan parakəndəlik aradan qalxmalıdır. Çünki bəzən özünü “təhsil eksperti” kimi təqdim edən şəxslər ictimai rəyi çaşdırırlar. Bir daha söyləmək istəyirəm ki, müzakirələr sağlam olmalı və ictimaiyyətin iştirakı ilə təşkil olunmalıdır. Əgər qərar qəbul olunarsa, ekspertlərin seçimi obyektiv şəkildə aparılmalıdır”.
Təhsil eksperti Kamran Əsədov isə AYNA-ya açıqlamasında söyləyib ki, Təhsil Nazirliyi və ya ona tabe olan dövlət təşkilatları ekspert statusu verə bilməz: “Onlar dərsliklərin monitorinqi, bu və ya digər layihələrin icrasının yoxlanılması üçün ekspert təşkil edə bilər, amma müstəqil ekspert təyin edə, ad verə bilməzlər. Azərbaycanda senzura 1998-ci ildə ləğv edilib və ölkədə fikir, söz azadlığı mövcuddur. İctimai şuralara seçkilər adı ilə təyinatlar, ekspert təyin etmək və ya kimisə tədbirə dəvət etmək, TV-yə buraxmamaq üçün xahiş etmək çıxış yolu deyil. Mən özümə heç vaxt ekspert deməmişəm və demirəm də. Mətbuat belə müraciət edir, indi Təhsil İnstitutu bunun qarşısını almaq istəyirsə, buyursunlar”.
“2-3 il əvvəl də Təhsil Nazirliyi ekspert məsələsini gündəmə gətirdi, lakin nəticə barədə heç kimin məlumatı olmadı. Mən bildiyim qədər onlar ancaq tədbirlərə çəpik çalmağa adamlar toplaya bildilər. O qədər lahiyə qalibləri, imkan yaradılanlar var, bəs onların hansısa biri narazı kütləyə cavab verə bilirmi? Narazıların qarşısına çıxa bilirmi? Və ya Təhsil Nazirliyinin təyin etdiyi, qrant verdiyi, imkan açdığı bir nəfərin ictimai nüfuzu varmı? Bəlkə bu barədə düşünək, cənablar?!”, - deyə mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, hər hansı təsisat yaratmaq və kimlərisə harasa təyin etmək asandır, amma söhbət sahənin inkişafından gedirsə, bu, müşahidə edilmir: “Məncə, ciddi narazılıq yaratmaq, təhsildə problemlər qala-qala, ekspert təyin etməyə vaxt ayırmaq və ya onlara qarşı “səlib yürüşünə” çıxmaq nəticəsi olmayan bir “müharibədir””.
“Dövlət qurumlarının, o cümlədən Təhsil Nazirliyinin özündən olmayanları sıradan çıxarması başadüşülən deyil. Beynəlxalq təcrübədə qəbul olunub ki, hər bir sahədə tənqid olmalıdır. Tənqid cəmiyyətin inkişafı üçün başlıca şərtdir. Yoxsa hər yeri qapat, əks fikirdə olanların ağzını bağla - bununla uzağa getmək olmaz”, - deyə Əsədov fikrini yekunlaşdırıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-12-2021, 15:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər