Ali Məhkəmə rüşvətə görə həbs edilən məmurla bağlı qərarı elan edib
Ali Məhkəmə rüşvət almada təqsirləndirilən Eyyub Gülməmmədovla bağlı qərarı elan edib, onun kassasiya şikayəti təm olunmayıb.
regionxeberlericom.az “Report”a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
İttihama görə, Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri olmuş E.Gülməmmədovun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində E.Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar müdiri olduğu idarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində ondan 3 000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
İstintaq orqanı tərəfindən E.Gülməmmədovun barəsində Cinayət Məcəllənin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi E.Gülməmmədovun şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-12-2021, 10:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər