reklam
Regionxeberlericom.az » Sosial » Daha kimlərin KÜRSÜSÜ BOŞ QALACAQ? - "Bura Azərbaycandır və Azərbaycanda hər şey ola bilər..."

reklam

Daha kimlərin KÜRSÜSÜ BOŞ QALACAQ? - "Bura Azərbaycandır və Azərbaycanda hər şey ola bilər..."














Azərbaycanda rüşvət və korrupsiyaya bulaşmış məmurlara qarşı mübarizə davam etsə də, bu proses bəzən ziddiyətlərlə müşahidə olunur. MTN-nin sabiq şefi Eldar Mahmudovun istefaya göndərilməsindən sonra bu qurumda başlayan “təmizləmə” əməliyyatı bir neçə generalın məhbəsə düşməsi ilə nəticələndi. Ən yaxın ətrafı dustaq həyatı yaşasa da, E.Mahmudova toxunan olmadı.

Eyni situasiya Xarici İşlər və Mədəniyyət Nazirliklərində aparılan həbslər zamanı yenidən təkrarlandı. Həm Xarici İşlər, həm də Mədəniyyət Nazirliyinin yüksək rütbəli məmurları, vəzifələri ilə paralel olaraq azadlıqlarını da itirdikləri halda Elmar Məmmədyarov və Əbülfəs Qarayev toxunulmazlıqlarını qoruya bildilər.

Bakı şəhər İcra Hakimiyyətinin sabiq rəhbəri Hacıbala Abutalıbovu da bu kateqoriyaya daxil etmək mümkündür. Ötən gün H.Abutalıbovun “sağ əli” Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilsə də, qocaman meri narahat etmək heç kimin yadına düşmədi.

Buna səbəb nədir? Azərbaycanda niyə birinci şəxslər həbs təhlükəsindən sığortalanıblar?

Eldar Mahmudovun, Əbülfəs Qarayevin, Elmar Məmmədyarovun, Hacıbala Abutalıbovun “sağ əlini” həbs edən adamların onların özünə niyə əli çatmır?

Yenisabah.az-ın suallarını cavablayan tanınmış hüquqşünas, vəkil Aslan İsmayılov hesab edir ki, bu proses hələ yekunlaşmayıb və bunun hökmən davamı olacaq:

“Görünən odur ki, bu gün əsas məqsəd, tək həbs etmək yox, həm də mənimsənilən pulların geri qaytarılması prosesidir. Ona görə də bəzi şeylər uzanır. Adını çəkdiyiniz şəxslərin də cavab verəcəyinə şübhə etmirəm”.

“Bura Azərbaycandır və Azərbaycanda hər şey ola bilər. Amma mənim gördüyüm budur ki, əsas məqsəd oğurlanan pulların geri qaytarılmasıdır. Bu gün Qarabağdakı işlərlə bağlı maliyyə çatışmazlığı hiss olunur. Onunla bağlı əsas məqsədlərdən biri də oğurlanan pulların geri qaytarılmasıdır və bildiyim qədər də o proses gedir.

Həmin şəxslərin də yaxın gələcəkdə həbs olunma ehtimalı var”, - deyə vəkil yekunlaşdırıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Azərbaycanda məhkəmələrin bu sahədə düzgün çalışmamasından şikayətlənib:

“Yəqin ki, "sağ qolları" öz əməllərinə görə həbs olunur, amma bütövlükdə siz dediyiniz kimi, birinci şəxsin əleyhinə gərək cinayət işi qaldırılsın ki, onu həbs etsinlər. Görünür, birinci şəxslərin əleyhinə yox, onun köməkçilərin əleyhinə cinayət işi qaldırılıb.

Əlbəttə, məhkəmənin vəzifəsi, dairəni düzgün müəyyən edib günahkarları istintaqa cəlb etməkdir, amma bu, Azərbaycanda tərsinədir. Məhkəmələr, əksinə, çoxunu cinayətkarların sırasından çıxarırlar, nəticədə isə cinayət haqqında təsəvvür və mənzərə də təhrif edilir. Beləliklə də, korrupsiya ilə özlərinin maraqlarını təmin edirlər. Bunun əsas səbəbi budur. İstənilən məhkəmə istintaqında axırıncı günahkara qədər hamını aşkar edib cəzalandırmaq olar”.




Paylaş:


Müəllif : Tarix:
25-12-2021, 11:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər