“Nə Mədəniyyət, nə də Gənclər və İdman Nazirliyi bizə dəstək göstərmir” - NARAZILIQ!
Onları nəinki Azərbaycanda, bir çox dünya ölkələrində tanıyırlar. Söhbət dünya ölkələrinin televiziyalarında qatıldıqları şou-proqramlarda hamını heyrətə salan “Azərbaycanlı qardaşlar” (Azeri brothers) Hüseyn və Laçın Pəhləvanoğullarından gedir. Onlar 9 qat rəsmi dünya rekordçularıdır. Qardaşlardan biri Laçın Pəhləvanoğlu Moderator.az-ın suallarını cavablandırıb.
- Laçın, pəhləvan olmaq üçün pəhləvan doğulmaq lazımdır, yoxsa sonradan da olur?
- Pəhləvanlıq Azərbaycanın qədim tarixini əks etdirən irsi sənətdir. Bizim atamız Əli, əmimiz Qəmbər Dağıstanın xalq pəhləvanı olublar. Babalarımız da güclü insanlar olub. Uşaqlıqdan müxtəlif idman növləri ilə məşğul olmuşuq, nəticədə pəhləvanlıq sənəti itib-batmasın deyə onu daha mükəmməl və yeniliklərlə gündəmə gətirmişik. Uşaq yaşlarından işimiz-gücümüz idman etmək olub. Qol güləşi, boks, sərbəst güləş və taekvando idman növləri ilə məşğul olmuşuq, uğurlarımız da olub. Atamız Əli pəhləvan da dünyanın bir çox ölkələrində Azərbaycanı tanıtdırıb. Hətta Kubada keçirilən idman festivalında Əli pəhləvan 1-ci yerə layiq görülüb. Kubanın keçmiş prezidenti Fidel Kastro atamı şəxsən özü mükafatlandırıb.
- Siz gözünüzlə maşın dartmısınız. Bunu düşünmək yox, dilə gətirməyin özü belə insanı qorxuya, təşvişə salır. Ağlasığmaz tryuku necə etdiniz?
- Gözümlə 2 ton 400 kq-lıq 2 maşın dartmışam. 49 kq ağırlığında olan daşları qaldırmışam. Dünya rekordu 22 kq-dır, mən isə 49 kq qaldırmışam. Dünya rekordunda dartma çəkisi 360 kq-dır, mən isə 2.400 ton ağırlığında dartmışam. Bunlar çox riskli nömrələrdir, amma üzərində çox işləməklə riski maksimum azaldıb, həyata keçirdirik.
- Siz hər zaman Azərbaycanın adını bütün dünyada ucalara qaldırmısınız. Bu gün sizə dəstək varmı?
- Xeyr, heç bir dəstəyimiz yoxdur. Bu vaxta dəstəklər Quba Rayon İcra Başçısı tərəfindən olub, o da bizim yalnız hazırlıqlarımıza çatıb. Əsas dəstəyi də Qubalı iş adamları, dostlarımızdan görmüşük. Böyük Avropa ölkələrinə səfərlərimiz olur, oralara gedib çıxmaq da bizə asan başa gəlmir. Düzdür, biz indiyə kimi çıxış etdiyimiz ölkələrə rəsmi dəvət alıb getmişik, özümüz müraciət etməmişik. Ona görə də müəyyən xərclər dəvət olunduğumuz ölkələr tərəfindən qarşılanır. Əslində mən Quba Rayon Mədəniyyət mərkəzində işləməliyəm, çünki bütün tədbirlərində fəal iştirak edirik. Bu gün qədim sənətlərə dəyər verildiyi kimi pəhləvanlıq sənətinə də dəyər verilməlidir ki, itib-batmasın.
- Hazırda harada çalışırsınız?
- Biz Qubada yaşayırıq. Hazırda mən işləmirəm, rayonda Pəhləvan Əli idman klubu fəaliyyət göstərir. Artıq hamıya bəllidir ki, biz təmənnasız xidmət göstəririk. Məqsədimiz gənclərimizin pis vərdişlərdən uzaq olmasıdır. Ölkəmizə sağlam bədənli, sağlam düşüncəli gənclər lazımdır. Bizim klub bir neçə qazi, şəhid verib. Əsgər Abduləlimov Miqdad, əsgər Abdulrəhimov Ramin, baş leytenant Hacıyev İsmət kimi qəhrəmanlar yetişdirmişik. Hazırda 4 nəfərdən ibarət qrup hazırlamışam, ən balaca tələbəmin 6 yaşı var. Rayon tədbirlərində də fəal iştirak edirik. Hətta bu yaxınlarda Ukrayna televiziyasından da gəlib bizi çəkmişdilər.
- İşsizliklə bağlı aidiyyatı qurumlara müraciət etmisiniz?
- Biz həm mədəniyyəti, həm də idmanı təbliğ etdiyimiz üçün Mədəniyyət və Gənclər və İdman Nazirliklərindən dəstək gözləyirik. Dəfələrlə müraciət edib, eks nazirlərlə görüşmüşəm, söz veriblər, amma əməl etməyiblər. Hər iki nazirliyə rəsmi müraciətlər də etmişəm. İdman Nazirliyinə müraciət edib dedim ki, idman zalım təmirsiz, bərbad vəziyyətdədir. Söz verdilər ki, yaxında problem həll olunacaq. Amma heç bir məsələ öz həllini tapmadı. Mədəniyyət Nazirliyinə də dəfələrlə rəsmi müraciət etmişəm ki, məni işə götürsünlər. Tək Qubada 70 yer boşdur, amma deyirlər ki, vakant yer yoxdur. Yoxdursa niyə məndən istifadə edirsiniz? Hər tədbirinizdə fəal iştirak edirəm. Bir adam soruşmur ki, bu qədər ölkələrə necə gedib çıxırsınız?
- İştirak etdiyiniz ölkələrdə münsiflər heyətini hansı nömrəniz təəccübləndirib?
- Təkrar saysaq 24 ölkədə çıxış etmişik, bütün çıxışlarda da uğurlu nəticələr əldə etmişik. Müəyyən ölkələrin rekordlar federasiyası nümayəndələri tərəfindən 9 dəfə dünya rekordlar kitabına düşmüşük, sertifikat və rekordlar kitabı ilə təltif olunmuşuq. Bütün nömrələrimiz hər zaman münsifləri təəccübləndirib. Ən çox da belin boğaza qoyularaq üzərinə insan çıxması və gözlə olan nömrələr... O nömrələri göstərəndə bəzən münsiflər stulun altına girirdilər. Bir dəfə də Gürcüstanda olan çıxışımız hamını çox təəccübləndirmişdi. Hətta Gürcüstan prezidentinin xanımı bizi “Azərbaycanın qladiatorları” adlandırmışdı.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-12-2021, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər