reklam
Regionxeberlericom.az » Sosial » Ermənistan Qarabağda qanunsuz məskunlaşanlara güzəştlə ev verəcək... - BU NƏDİ BELƏ?

reklam

Ermənistan Qarabağda qanunsuz məskunlaşanlara güzəştlə ev verəcək... - BU NƏDİ BELƏ?
















"1990-cı illərdə köçürmə proqramı çərçivəsində Qarabağa gedən və geri qayıtmağa məcbur olan Ermənistan sakinləri yenidən Qarabağda məskunlaşmaq qərarına gəlsələr, ipoteka, xüsusən də iri həcmli kreditlər üzrə dövlət dəstəyi alacaqlar.

regionxeberlericom.az moderator.az-a istinadən xəbər verir ki, bunu “Sputnik Armeniya”a müsahibəsində Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan söyləyib.

Nazir müavininin sözlərinə görə, Ermənistan hökuməti Qarabağda yaşamış, lakin 2020-ci il müharibəsindən sonra geri qayıtmağa məcbur olan Ermənistan Respublikasından olan ermənilər üçün yeni mənzil proqramı həyata keçirəcək.

“Biz onlara ipoteka şəklində dəstək verməyə başlayacağıq. Ailə bunu əvvəllər yaşadıqları qəsəbədə də götürə bilər: Bu proqram vətəndaş İrəvandırsa, İrəvanda, regiondadırsa, regionda və ya Qarabağdadırsa, Qarabağda icra olunacaq"- deyə D.Xaçatryan bildirib.

"Dövlət ipotekanın əsas məbləğinin bir hissəsini (İrəvanda daha az məbləğdə, regionlarda daha böyük məbləğdə) və faiz ödənişlərinin bir hissəsini kompensasiya edir. Qarabağda daimi qalmaq istəyən ailələr üçün ən əlverişli şərait yaradılacaq. Əgər regionlar üzrə faiz dərəcəsinin 10%-i və əsas məbləğin 10 milyona qədəri (20 min dollardan bir qədər çox) kompensasiya ediləcəksə, Qarabağ üçün faizin 12%-ə qədəri və əsas məbləğin 12 milyon dramına qədər (25 min dollardan bir qədər az)ödəniləcək.

Üzvlərindən biri müharibədə həlak olmuş qaçqın ailələrinə, harada məskunlaşmaq qərarlarından asılı olmayaraq əsas ödəniş üçün 20 milyon dram kompensasiya ödəniləcək. Hazırda Ermənistanda 220-yə yaxın belə ailə var.

"2021-ci ilin sonunadək Ermənistana gəlmiş ailələr 300-ə yaxın mənzil alacaq, Qarabağda daha 5000 mənzil artıq tikilməkdədir"- deyən nazir müavini Qarabağın köklü sakinləri üçün Ermənistanın dəstəyi ilə "DQR" hakimiyyəti orqanları tərəfindən icra edilən ayrıca mənzil proqramının həyata keçirildiyini xatırladıb"- Rusiya-Ermənistan nəşrinin xəbərində belə deyilir.

O da xatırladılır ki, hazırda ümumilikdə Ermənistanda Azərbaycanın Şuşa, Xocavənd, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl rayonlarından köçmüş 20-21 min erməni ailəsi qalıb.

P.S....





Paylaş:


Müəllif : Tarix:
27-12-2021, 11:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər