reklam
Regionxeberlericom.az » Sosial » "Cavan uşaqlardılar, heç yerdə işləmirlər" - ETİRAZ

reklam

"Cavan uşaqlardılar, heç yerdə işləmirlər" - ETİRAZ
















“Ümumiyyətlə, Qarabağda gedən tikinti işlərinə təkcə tələbələri cəlb etmək lazım deyil. Əgər Qarabağı qaytarmışıqsa, ölkədə işsiz olan adamları da quruculuq-bərpa işlərinə cəlb etməliyik”. Bunu moderator.az-a açıqlamasında müğənni Akif İslamzadə deyib. A.İslamzadə millət vəkili Aqil Abbasın təklifini dəstəklədiyini bildirib:

“Mənə Ağdamı göstərdilər və dəhşətə gəldim, ermənilər şəhəri nə günə qoyublar. Bir də ki, Ermənistandan bizə vurduğu ziyana görə beynəlxalq məhkəmədə kompensasiyamızı da tələb etməliyik. Aqil Abbasın bu təklifini isə dəstəkləyirəm, bu yaxşı, ağıllı fikirdir. Tələbələrimizin işə cəlb edilməsi onların maddi vəziyyətinə kömək olar. Həm də o qədər işsiz adamlarımız var və işsiz adamlar qədər də tənbəllərimiz var. Cavan uşaqlardı, amma heç yerdə işləmirlər. Şəhərdə taksi əlindən tərpənə bilmirik. Biz yaşa dolmuşuq, yaşlılar da cəmiyyətin sayəsində dolanırlar. Bəs cavanlar neyləyəcək?! Ona görə təhsil sistemi dəyişilməlidir. Nə qədər ki, təhsil sistemi dəyişilməyib belə də olacaq. Təhsil sistemi müstəqilliklə bağlı olduğuna görə tamam başqa cür tərbiyə və əxlaqı insanlara aşılamaq lazımdır”.

Qeyd edək ki, millət vəkili Aqil Abbas çıxışı zamanı gənclərimizin Qarabağda gedən quruculuq işlərinə cəlb edilməsini təklif edib.




Paylaş:


Müəllif : Tarix:
28-12-2021, 12:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər