İndi hansı quruma yedirtmək istəyirsiniz dövlətin pulunu? - ETİRAZ
Hər dəfə Milli Məclisin iclaslarından sonra bəzi deputatların sadəcə, mandat zəbt etdiyinin şahidi oluruq. Onların çıxışları, verdikləri təkliflər, müzakirələrə qoşulduqları zaman bildirdikləri "fikirlər" bəzən o qədər gülünc olur ki, oturub fikirləşirsən ki, görəsən bu deputatlar ali təhsil alıbmı, görəsən heç kitab açıb oxuyurmu, bunlar bir kənara görəsən bu şəxslər heç olmasa iclasa gəlməmişdən əvvəl iclasın gündəliyi ilə maraqlanırmı? Amma görünən odur ki, deyəsən onlar yuxudan durub, birbaşa iclasa gəlirlər. Bəziləri heç yuxudan da durmur. Yuxulu-yuxulu gəlib, ağzına su alıb oturur, çıxışlar zamnaı yuxuya gedir, əsnəyir, gözlərini döyür. İclasın maraqlı yerində sədr soruşsa da, “filankəsov filankəs” fikrini bildir. Gözünü döyüb baxacaq.
Bunlar o deputatlardır ki, seçki zamanı qapı-qapı gəzib seçicinin əl-ayağını öpürdü. Bunlar o deputatlardır ki, seçici onu görəndə, 14 günlük ay görmüş kimi salavat zikr edirdi. Ötən gün keçirilən iclasdakı çıxışlarda da gülünc təkliflər olub:
Deputat Razi Nurullayev deyir ki, qızların təhsil haqqını dövlət ödəsin. Nə qədər güldüm...
İndi hansı quruma yedirtmək istəyirsiniz dövlətin pulunu?
Adını təhsil qoyub zorakılıqla mübarizəyə sərf olunan pullar kimi hara xərcləməyi düşünürsünüz dövlətin pulunu?
Deyirsiniz, bəzi ailələr qızlarını təhsil almağa buraxmır. Düşünürsünüz ki, bu, sadəcə maddi problemlərdən qaynaqlanır?
Xeyr. Siz dövləti cırmaqlayıb təhsil üçün pul ayırsanız da, qızını təhsil almağa buraxmayan valideyn yenə buraxmayacaq. Özünüz dilinizlə deyirsiniz ki, 2019-2020-ci illərdə 35 şagird təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalıb. Biri mən. Qızımın məktəbdə zorakılığa məruz qalacağını bilə-bilə onu necə məktəbə göndərə bilərəm?
Həmin şagirdlərdən 5-i seksual, 7-si fiziki, 5-i psixi zorakılığa və 18-i isə qısnamaya məruz qalıb. Çox maraqlıdır, bu hadisələr baş verdiyi zaman müəllimlər, məktəb direktorları harda olub? Yoxsa nazir Emin Əmirullayevin dediyi kimi başları pul yığmağa qarışıb?!
Deputat Rəşad Mahmudov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin adından “Qadın” sözünün çıxarılmasını təklif edib. Deyən lazımdır ki, "hörmətli" deputat, başqa dərdimiz yoxdur? Yoxsa söz demək xatirinə söz deyirsiniz? Deputat deyir ki, Milli Məclisin müvafiq komitəsinin adında “Qadın” sözü yer alır: “Bu, gender məsələlərini nə dərəcə əhatə edir?” Hər şeyiniz tamam idi, qalmışdı “saqqal darağınız”... Siz zorakılığı müzakirə etdiniz, tədbir gördünüz, qaldı ad dəyişmək?!
Deputat Elman Nəsirov isə deyir ki, “Erkən nikah, təhsildən yayınma, narkomaniya cənub bölgəsində daha geniş yayılmaqdadır. Həyəcan təbili çalıram və xahiş edirəm ki, aidiyyəti qurumlar bu məsələdə fəaliyyəti gücləndirsinlər”.
Deputat anlamaq istəmir ki, onsuz da bu sözlərə qulaq asan yoxdur. Dediyiniz hal isə bütün Azərbaycanı başına götürüb, təkcə cənub bölgəsini deyil. Buna görə də, lütfən çıxışdan öncə mütləq ətraflı araşdırın. Ən azından Daxili İşlər Nazirliyinin təqdim etdiyi məlumatlara göz gəzdirin. Yoxsa hansısa bölgəni belə bir məsələdə ittiham etmək özü böyük məsuliyyətdir.
Məlahət İbrahimqızı da deyir ki, “Bu gün orta məktəblərdə müəllimlərin mütləq əksəriyyəti qadındır”. Bəli, bunu da bilirik. Dediyiniz yenilik oldumu? Xeyr! Nəticə verəcəkmi? Xeyr! Necə deyərlər, boş yerə danışıb nəfəs tükədirsiniz. Çox adam ayda 3500 manata yaxın əmək haqqı alıb, arada bir-iki söz danışmağı arzulayar.
Qeyd etdiklərim yenə şükürlüdür. Heç olmasa, araşdırmasalar da, bilməsələr də, nəsə danışırlar.
Mənə maraqlıdır, ən son Eldar Quliyevin səsini nə zaman eşitmisiniz?
Və mənə maraqlıdır ki, hansı deputat bu günə qədər çıxıb tələb edib ki, səs verdiyimiz, qəbul etdiyimiz qanunların niyə icrası yoxdur?”...
Eh. Növbəti şou başa çatdı. Gələn görüşə qədər...
İlahin, Bizimyol.info
Paylaş:
Müəllif : Yazar
Tarix:29-12-2021, 10:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər