Səlim Müslümovun qohumu DÖVLƏTİN PULUNU DAĞIDIR... - Əvəzində isə yetimin haqqını yeyir...
“Zəlzələdən sonra ölkə başçısı pul ayırdı, tapşırıq verdi ki, fəsadlar yaranan evlər sökülüb, təzədən tikilsin, bərpa olunsun. Amma yerli qurumlar tapşırığa əməl etmir. Heç bir iş görmürlər, evlərin təmir işləri ilk iki ay yaxşı getdi. Lakin indi fəhlələr ləng işləyir. Səbəbini soruşanda da, məlum olur ki, onlara iki aydır əməkhaqqı verilmir, pullarını kəsirlər”.
regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, bu sözləri qəzalı evi sökülərək, yenidən inşa edilən Ağsu rayon sakini Murad Soltanov deyir. Hazırda üç azyaşlı övladı, həyat yoldaşı və xəstə anası ilə kirayədə yaşayan M.Soltanov Ağsu Rayon İcra Hakimiyyətinə şikayətə gedib:
“Ayda yüz manat kirayəyə pul veririk. Mən həftədə 2-3 dəfə düşərsə, fəhlə işləyirəm. Anam birinci qrup əlildir, yataq xəstəsidir. Onun aldığı təqaüdün yüz manatını kirayəyə veririk, bəs biz necə dolanaq? Evin tikintisinə başlayanda icra hakimiyyətindən bildirilmişdi ki, evləri tikilən və təmir olunan hər bir ailəyə kirayə haqqı ödəniləcək. Lakin camaata kələk gəldilər. İcrada dedilər ki, fəhləsən, 5-10 manat yığ üst-üstə, kirayə pulunu ver. Ayda yüz manat nə puldur ki, verə bilmirsən? Hökumət sizə o boyda ev tikir. Halbuki, əvvəl bizə deyilmişdi ki, evləri qəzalı olan ailələrin kirayə pullarını da icra hakimiyyəti ödəyəcək. Əvvəldən söz vermişdilər, amma sonradan imtina etdilər”.
“Bizə pul vermirlər, artıq iki aydır. “Bu gün olacaq, sabah olacaq”, – deyib, yalandan vəd verirlər, amma nəticə yoxdur. Biz də fəhlə adamlarıq, ailəmizi dolandırmaq istəyirik”.
DİA.AZ xəbər verir ki, bunu işini itirmək qorxusu ilə adını açıqlamaq istəməyən fəhlə deyir:
“Biz evin kvadratına görə işləyib, pul alırıq. Lakin artıq ikinci aydır, pulumuzu vermirlər, aldadırlar. Günlərdir, dava-qırğındayıq. Əvvəllər yaxşı pul verirdilər. Amma indi gördüyümüz işin pulunu ala bilmirik. Buradakı ustabaşıların əməllərindən yuxarıdakıların xəbəri yoxdur. Bakıdan Fövqəladə Hallar Nazirliyindən gələn olanda da, bizə tapşırırlar ki, onlara heçə nə deməyin. Fövqəladənin adamları gəlib, bizdən iş tələb edirlər. Deyirlər ki, bu işə görə sizə pul veririk, niyə belə edirsiniz? Daha xəbərləri yoxdur ki, ustabaşıları alıb pulları yeyiblər. Bizə də sözümüzü deməyə imkan vermirlər. Yüzə yaxın ev tikilir, hamısı dayandırılıb. Hansı problemi deyəsən, saymaqla bitmir. Burada elə adamların evlərini sökdülər, baxırsan ki, hətta divarında çatı belə yox idi. Yəqin onların icra hakimiyyətində adamı var. Elə evlər var ki, yaşamaq təhlükəlidir, lakin əhəmiyyət vermirlər. Prezidentin ayırdığı milyonlarla manat pul hara gedir bəs?”
Paylaş:
Müəllif : Yazar
Tarix:27-06-2019, 15:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-06-2019, 15:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29