reklam
Regionxeberlericom.az » Sosial » "Azəriqaz"-ın gülünc açıqlamasına Osman Gündüzdən cavab

reklam

"Azəriqaz"-ın gülünc açıqlamasına Osman Gündüzdən cavab


















"Baxıram Azəriqaz rəsmisi bu gün açıqlayıb ki, vətəndaş yaşadığı evi müvəqqəti də olsa tərk edəndə Azəriqaz-a məlumat verməlidir. Azərbaycanın indiki inkişaf mərhələsində bundan absurd açıqlama ola bilməzdi. Həqiqətən hərdən anlamıram bəzi dövlət qurumlarının hərəkətlərini. Ölkədə gedən proseslərlə uzlaşmayan açıqlamalar verilir”.

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkələrdə paylaşım edib.

Paylaşımda daha sonra yazılıb:

"Bir yandan Prezident ötən il rəqəmsal transformasiya ilə bağlı RİNN-ə tapşırıqlar verib. Digər tərəfdən isə 5 il öncə Prezident "Asan Kommunal” Mərkəzinin yaradılması və "Strateji Yol Xəritəsinin” təsdiqlənməsi ilə bağlı sənədlərdə kommunal sektorda innovativ və effektiv idarəetmənin təşkili ilə bağlı VXSİ Dövlət Agentliyinə göstərişlər verib. Yəni, normalda ötən 5 il ərzidə kommunal sektorda vətəndaşlar tərəfindən sayğacların vahid mərkəzdən onlayn idarə edilməsi, heç olmasa ilkin olaraq bir-iki kommunal qurum üçün ayrılıqda bir şəxsi kabinetlər formalaşdırıb bir effektiv idarəetmə sistemi yaradılmalıydı. Amma görünür ki, kommunal sektorda hələlik rəqəmsallaşma, innovasiyalar yetərli inkişaf etməyib. Azəriqaz ötən dövrlərdə vətəndaşlarla münasibətləri daha şəffaf və çevik mexanizmlər əsasında qurmağa çalışsa da və müəyyən qədər buna nail olsa da, görünür ki, milyonların istifadə etdiyi xidmət sektorunda bunlar kifayət etmir. Sektorda sayğacların effektiv idarə edilməsinə, şəffaflığın təmin edilməsinə ciddi innovativ yanaşmalar tətbiq edilməlidir.

Ötən gün bu haqda yazmışdım, Azəriqaz-ın yüz minlərlə vətəndaşı "Sayğac fotosu WhatsApp” əməliyyatında iştiraka dəvət etməsi də müasir, mütərəqqi bir yanaşma deyil. Təəssüf ki, indi də sayğacların effektiv idarəetmə mexanizmləri olmadığından Azəriqaz "EVDƏN ÇIXANDA XƏBƏR EDİN” formasında açıqlama verir. Çox təəssüflənirəm. ASAN -ın, adında "İnnovasiya”, "Asan” sözü olan onlarla qurumu var, ötən il də daha birisini "ASAN İnnovativ İnkişaf Mərkəzini” yaradıb. Amma görünür ki, real vəziyyət innovasiyalardan çox uzaqdır. Ümid edirəm VXSİ Dövlət Agentliyi, RİNN və kommunal qurumlar yığışıb sektorda vahid mərkəzdən onlayn və şəffaf formada idarə olunan, ictimai nəzarət imkanları olan, normal bir sayğac idarəetmə sistemi qura biləcəklər.”




Paylaş:


Müəllif : Tarix:
8-01-2022, 10:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər