reklam
Regionxeberlericom.az » Sosial » İrəvanda İLK: erməni-Azərbaycan danışıq kitabçası nəşr olundu

reklam

İrəvanda İLK: erməni-Azərbaycan danışıq kitabçası nəşr olundu

















İrəvan Dövlət Universitetinin Tarix fakültəsində ilk erməni-Azərbaycan danışıq kitabçasının təqdimatı olub.

Lent.az-ın Ermənistan mediasına istinadla məlumatına görə, danışıq kitabçasının müəllifi qafqazçünas alim, politoloq, Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Lusine Movsisyandır.

Movsisyanın çıxışında qeyd etdiyi kimi, danışıq kitabçasının yaradılması ideyası çoxdan yaranıb, lakin ikinci Qarabağ müharibəsindən sonra (2020-ci ilin payızında) həyata keçirilib.

Müəllif qeyd edib ki, indiki şəraitdə Azərbaycan dilində işləmək kifayət qədər çətin olsa da, sonda maneələri dəf etmək və danışıq kitabının nəşrinə başlamaq mümkün olub. Bütün materialları toplamaq və redaktə etmək təxminən bir il çəkib

Ötən ilin payızında Ermənistanda ilk və yeganə Azərbaycan Dili Mərkəzi iki təsisçinin təşəbbüsü və maliyyəsi ilə açılıb: “Smart Armenia” qeyri-hökumət təşkilatı və Azerbaijani Language Center (Azərbaycan Dili Mərkəzi).

“Smart Armenia”nın qurucu sədri Arman Nalbandyan deyib ki, Ermənistanda Azərbaycan dilinin öyrənilməsi ən vacib məsələlərdən biridir.

Azərbaycan dilinin öyrənilməsi kursu 8 ay davam edir, 14 yaşdan yuxarı şəxslər heç bir məhdudiyyət olmadan təhsil ala bilərlər.




Paylaş:


Müəllif : Tarix:
18-01-2022, 11:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər