reklam
Regionxeberlericom.az » Sosial » Vüqar Səfərliyə görə ittiham olunan restoran sahibi: “Pulumu verin”

reklam

Vüqar Səfərliyə görə ittiham olunan restoran sahibi: “Pulumu verin”

















Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli ilə birgə cinayət məsuliyyətinə cəlb edilən "Altun" restoranın inzibatçısı Şahin İbrahimov apellyasiya şikayəti verib.

APA-nın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sınaq müddəti seçilməklə şərti cəza təyin edilən restoran inzibatçısı ikinci instansiya məhkəməsindən bəraət istəyir. Təqsirləndirilən şəxs şikayət ərizəsində həmçinin cinayət işinə xitam verilməsi üçün könüllü olaraq Baş Prokurorluğun depozit hesabına qoyduğu 50 min manatın da geri qaytarılmasını xahiş edib.

Şikayət Şahin İbrahimovun vəkili tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmə əsasən Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.

Saxlanılanlar şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.




Paylaş:


Müəllif : Tarix:
18-01-2022, 14:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər