“300 manat pensiya alıram” - “Camaat bilmir neyləsin”
“Özümüzü qiymətlərə birtəhər uyğunlaşdırmışdıq. Amma bahalaşma hər birimizin büdcəsinə təsir etdi. Qiymət artımından hamı əziyyət çəkir”.
Bu sözləri açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O, qiymət artmının ümumi bir bəla olduğunu bildirib:
“Mən düşünmürəm ki, bu bahalığı hökumət qəsdən edir. Dünyanın bütün ölkələrində bu cür proses gedir. Bu ümumi bir bəladır. Bizim ölkəmizdə az da olsa pensiya və maaşları qaldırırlar. Lakin bununla yanaşı sürətli artım da gedir. Camaat çətin vəziyyətdədir. Bu, çox pis haldır. İnsanlar birtəhər dolanırdı, indi bilmirlər neyləsinlər”.
R.Balayev dövlətdən aldığı təqaüdlə yaşadığını vurğulayıb:
“Mən təqaüd alıb problemləri birtəhər yoluna qoyuram. Pensiya alıram, amma məbləğ cüzidir. O vaxt Səlim Müslümov pensiyamı düzgün hesablamadı. Əvvəllər Kinostudiyada işləyirdim, 2 500 manat maaş alırdım. Elə oldu ki, pensiyaya çıxanda işlədiyim son 5 il nəzərə alındı. Bu səbəbdən çox az pensiya alıram. Məndən əvvəl pensiyaya çıxanlar, az maaş alanlar 2 000 manat pensiya alır. Mən 300 manat alıram. Hökumət sağ olsun, mənə Prezident təqaüdü verir. O təqaüd olmasa, bilmirəm necə dolanardım”.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-01-2022, 10:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər