Niyə rayonlardakı avtovağzallar bilet satışını həyata keçirmir? - GİLEY
Rayonlardan Bakıya və digər istiqamətlərə gediş üçün bilet satışı həyata keçirilmir.
Bu hal bir neçə rayon avtovağzalında var. Rayona paytaxtdan bilet vasitəsilə gedən sərnişin geri dönüşdə rayon avtovağzalından bilet əldə etməkdə çətinlik çəkir. Daha doğrusu, bəzi avtovağzalların nə kassası, nə də bileti var.
Bu iddia ilə “Cümhuriyət” qəzetinə Vüsal Tağıbəyli müraciət edib. Onun sözlərinə görə, hər dəfə Bakıdan Göyçaya gedərkən onlayn formada bilet əldə edir.
Amma geri dönüşdə min bir əziyyət çəkməli olur. Şikayətçi deyir ki, Göyçay rayon avtovağzalında bilet satışı həyata keçirilmir. Yaxud avtobus sürücüsü ilə hansısa sövdələşməyə girir ki, qanunsuz hallar baş verir:
“Göyçaya gedərkən hər dəfə evdə oturduğum yerdə onlayn formada bilet alıram. Bakıdan Göyçaya gediş haqqı 6 manat 10 qəpikdir. Rayondan qayıdanda isə min cür əziyyət çəkirəm. Çünki sürücülər tanış-bilişlərinə yaxşı yerləri paylayırlar, bəxtəbəxt yer tapıram. Özü də 6 manat 10 qəpiklik yola 7 manat alırlar. Kimsə etiraz etsə ki, gələndə 6 manat 10 qəpiyə gəlib, sürücü ağzına gələni deyib sərnişini avtobusdan düşürür. Niyə bu məsələ kökündən həll olunmur? Niyə rayonlardakı avtovağzallar bilet satışını həyata keçirmir və ya heç olmaya biletlərin qanuni məbləğdə yığılmasına nəzarət olunmur?”
Qeyd edək ki, bu ildən başlayaraq bütün istiqamətlərə gediş, ancaq kassadan bilet satışı müqabilində baş tutur. Biletsiz sərnişinlər nəqliyyat vasitəsinə buraxılmır. Amma rayonların heç birində geri dönüş, yaxud başqa rayona gediş üçün bilet satılmır. Baxmayaraq ki, müasir avtovoğzallar tikilib, istifadəyə verilib. Amma bu avtovağzallar sadəcə, görüntü xarakteri daşıyır. Daha doğrusu, fəaliyyətlərini hansısa maraqlar çərçivəsində qurublar.
Şikayətçi daha bir problemə toxunub. O deyib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən onlayn bilet alan sərnişinlər incidilir:
“Dəfələrlə üzləşdiyim problemdir. Hər dəfə onlayn şəkildə bilet alıram. Bu qayda çox sərfəli və rahatdır. Əlavə vaxtım getmir. Amma hər dəfə avtovoğzalda sürücülərlə çənə-boğaza çıxıb əsəbiləşirəm. Məsələn, Bakıdan Göyçaya onlayn vasitəsilə saat 12-yə bilet alıram. Adətən, 1 saat əvvəldən , yəni saat 11-də orada oluram. Buna baxmayaraq, sürücü yenə də deyinir ki, yerlər çoxdan dolub, niyə bilet alan sərnişinlər tez gəlmir ki, avtobus da tez yola düşsün. Bəzən sürücü bilet sahiblərinin ünvanına elə pis ifadələr işlədir ki, həmin adamlar o sözləri eşitsələr, bəlkə də orada qan düşər. Bu yaxınlarda saat 12 üçün bilet sifariş vermişdim. Səhər saat 10-un yarısı olardı, evdə hazırlaşırdım. Birdən mobil nömrəmə zəng gəldi ki, avtovoğzala gələ bilərəmmi? Dedim, avtobus 12-də gedir, biletim həmin vaxtadır. Bildirdilər ki, yerlər dolub, sadəcə, iki onlayn bilet sahibi də gəlsə, avtobusu yola salardıq. Təbii ki, mən getdim. Amma digər onlayn bilet sahibi gəlməmişdi. Onun ünvanına sürücünün nələr dediyini bir Allah bilir. Anlamıram, avtovoğzaldan saat 12-də yola düşməli olan avtobus niyə saat 9-10-da platformaya buraxılır ki, onlar da 2-3 saat gözləyib səbirsizləşir və sərnişinləri təhqir edirlər. Mən saat 12 üçün bilet aldığım halda, niyə mənə zəng vurulur? Onlayn bilet alan adamın işi-gücü ola bilər, o səbəbdən də saat 12 onun üçün münasibdir deyə, bilet vaxtını ona görə seçir. Tutaq ki, kassa mənə zəng vurub 2 saat əvvəl avtobusun yola düşəcəyini deyirsə və mən də həmin vaxt işdə, yaxud başqa bir vacib yerdə olaramsa, nə etməliyəm?”
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova “Cümhuriyət” qəzetinin rayon avtovağzallarından bilet satışının həyata keçirilməməsi ilə bağlı sorğusuna belə cavab verib:
“Hazırda respublikada Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) də daxil 58 avtovağzal və avtostansiya kompelksi fəaliyyət göstərir. Həmin avtovağzallarda tərəfimizdən mütəmadi monitorinqlər təşkil edilir. Hər hansı qanunsuz bilet satışı, süni qiymət artımına rast gəlinərsə, qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Təkcə bir faktı qeyd edim ki, ötən ilin analoji dövrü ilini bu illə müqayisə etsək, kassadan kənar bilet satışı 74 faizə qədər azalıb. Bəzi avtovağzallarda sürücülər əvvəldən kassalara yaxınlaşıb müəyyən miqdarda bileti əldə edirlər, həmin bileti də sərnişinə sövdələşmə yolu ilə qismən baha qiymətə satırlar. Bu kimi halların idarə olunmasında sərnişin də dəstək olmalıdır. İctimai iştirakçılıq vacibdir. Tələb olmasa, həmin tələbə uyğun qayda pozuntusu da minimuma enər. Təəssüf ki, biz sürücülərin sıravi sərnişin qismində kassadan hansı miqdarda bilet almasına limit müəyyən edə bilmirik. Belə bir qayda mövcud deyil. Ancaq bu kimi hallarda mümkün qədər Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 012 566 52 58 nömrəli qaynar xəttinə anında məlumat verilərsə, qayda pozuntusu daha tez aşkarlanaraq aradan qaldırılar” deyə, Nuridə Allahyarova əlavə edib.
Məlumat üçün bir daha vurğulayaq ki, rayon avtovağzallarında kassa xidməti fəaliyyət göstərmir. Dövlət Avtomobil Nəqliyyatı Xidməti həmin avtovağzallarda kassaların olduğunu vurğulayır. Amma sərnişinlərin iddiasına görə, bu günə qədər kassa xidmətini nə müşahidə ediblər, nə də hər hansı bilet satışına rast gəliblər. Ümid edək ki, cavabdeh qurumlar bu məsələnin tam təfərrüatlı araşdırmasına maraq göstərməyə cəhd edəcəklər.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən onlayn bilet alan sərnişinlərin incidilməsi məsələsinə gəlincə, qurumun mətbuat katibi Pərvin Məmmədova belə bir halın mümkünsüzlüyünü bildirib. O deyib ki, onlayn bilet alan sərnişinlərə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən zəng edilməsi mümkün deyil:
“Bizdə vətəndaşa zəng etmək kimi bir xidmət yoxdur. Birinci dəfədir ki, bizə belə bir müraciət daxil olur. Mümkün deyil ki, sərnişinə zəng edilsin və tələsdirilsin. Bu həm də sürücünün də marağında deyil. Çünki onsuz da onlayn bilet alan adam büdcəyə pul köçürüb. O, vaxtında, yaxud vaxtından əvvəl də getsə, pul büdcədədir. Sürücünün də bu məsələdə sərnişin cəlb edə bilmək kimi bir niyyəti ola bilməz. Yaxşı olardı ki, həmin sərnişinə gələn əlaqə nömrəsi bizə təqdim olunsun ki, araşdıra bilək. Başqa formada bunu araşdırmaq mümkün deyil. Yaxud növbəti belə bir hal yaşansa, nömrə saxlanılsın ki, biz araşdıra bilək”.
Onu da bildirək ki, iddiaçı ona zəng gələn əlaqə nömrəsini yaddaşda saxlamadığından bu məsələ də açıq qalır.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-06-2019, 10:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-06-2019, 10:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Bu gün, 11:29