“27 iyun iclası ilə bağlı tənqid və iddialar əsassızdır...” - QALMAQAL
İyunun 27-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib. Gündəlikdə duran məsələlərin çoxluğu səbəbindən iyunun 28-də də Milli Məclisin iclasının keçirilməsi öncədən planlaşdırılsa da, 27 iyun iclasında deputatlar fasiləsiz işləyərək 28 iyun iclası üçün də nəzərdə tutulan qanun layihələri, düzəlişlər səsə qoyularaq qəbul edilib. Beləliklə, 28 iyun iclasının keçirilməsinə ehtiyac qalmayıb.
Parlamentin iki iclasının gündəliklərində nəzərdə tutulan 49 məsələnin bir iclasda müzakirə edilib qəbul olunması sosial şəbəkədə və bəzi media orqanlarında tənqidlə qarşılanıb. Bildirilir ki, bir iclasda 49 məsələnin effektli müzakirəsi fiziki cəhətdən mümkün deyil. Milli Məclis bunu mümkün edibsə, deməli gündəlikdəki məsələlərin bir çoxuna müzakirə üçün ümumiyyətlə, vaxt ayrılmayıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bəzi sosial şəbəkə iştirakçılarının iradları, tənqidləri məsələnin mahiyyətindən xəbərdar olmamaqdan irəli gəlir, Milli Məclis qanunsuzluq etməyib: “Siz mənim xasiyyətimi bilirsiniz, mən ictimaiyyətə heç vaxt yalan danışmaram, ehtiyac yaranarsa, susaram, amma nə deyirəmsə yalan demirəm. Odur ki, mən toxunduğunuz məsələ ilə bağlı olanı deyirəm. Bir sıra insanlar məsələlərə mahiyyətini bilmədən yanaşaraq münasibət bildirirlər. Milli Məclis növbədənkənar sessiya çağırıb. Toplanıb qalan işlərin 90 faizdən çoxu birinci və üçüncü oxunuşdur. İkinci oxunuşda müzakirə olur, birinci və üçüncü oxunuşda isə müzakirə olunmur. Yəni çox az sayda qanun layihələri var ki, müzakirəsi lazım idi. Onlarla bağlı da müzakirələr keçirildi. Şəxsən mən 27 iyunda keçirilən iclasda müzakirəyə çıxarılan üç qanun layihəsi ilə bağlı çıxışlar eləmişəm. Amma gündəlikdəki məsələlərin mütləq əksəriyyəti birinci və üçüncü oxunuş olduğu üçün müzakirələrinə də ehtiyac olmayıb, avtomatik səsə qoyulub. Burada heç bir qanunsuzluqdan söhbət gedə bilməz. Mən özüm də geniş müzakirələr tərəfdarı olmuşam. İstəyirəm ki, qanun layihələri ətraflı müzakirə olunsun. Amma 27 iyun iclası ilə bağlı tənqidlər haqsızlıqdır, iddialar doğru deyil. Çünki hər şey qanun, qaydalara çərçivəsində olub. Heç bir qanunu pozan, Milli Məclisin daxili nizamnaməsini pozan hala yol verilməyib. Sadəcə, qanun layihələrinin mütləq əksəriyyəti köhnədən qalıb təsdiqə ehtiyacı olan layihələr idi və təsdiq olunub. Adam ədalətlə danışar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-06-2019, 11:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-06-2019, 11:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti