reklam
Regionxeberlericom.az » Sosial » Dostlarının evinə qonaq gedən şəxslərin 20 min manatlıq oğurluğu - ANBAAN VİDEO

reklam

Dostlarının evinə qonaq gedən şəxslərin 20 min manatlıq oğurluğu - ANBAAN VİDEO

















Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı inzibati ərazidə baş verən bir neçə oğurluq faktını törədən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, görülən tədbir zamanı əvvəlcə Səbail rayonunda yerləşən mənzildən oğurluq edən paytaxt sakinləri İlkin Rəsulov, onun tanışları Nuranə Məmmədova və Elçin Ağayev tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər hadisə günü Səbail rayonunda yaşayan İlkin Rəsulovun dostunun evinə qonaq gediblər. Bir neçə gün orada qalandan sonra isə ev sahibinin olmamasında istifadə edərək mənzildən 8 700 manat, 1 600 dollar, 7 000 manat dəyərində qızıl-zinət əşyaları və dəyəri 3 000 manat olan bir ədəd kürkü oğurlayıblar. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.  

9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir tədbir zamanı isə bank kartlarından oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini İbrahim Əhmodov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, o müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin bank kartlarında ümumilikdə 4 000 manata yaxın pul oğurlayıb. 

Bölmə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə metronun “İçərişəhər” stansiyasının yaxınlığında vətəndaşlardan birinin çantasını oğurlayan şəxs saxlanılıb. Tədbir nəticəsində Bakı şəhər sakini Ruslan Novruzov tutularaq Bölməyə gətirilib. Onun oğurladığı çantanın içində dəyəri 3 000 manat olan mobil telefon və 600 manatlıq elektronika məhsulları olub.

Ruslan Novruzov oğurladığı əşyaları paytaxt ərazisindəki mağazalardan birinə satıb.

Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. 

Faktlarla bağlı saxlanılanlar barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

 




Paylaş:


Müəllif : Tarix:
29-01-2022, 14:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər