"Kasıba qalan elə “İran peçi”, “Ceyran peçi”dir.., onsuz belə də ölürük" - AKTUAL
Qışın gəlməsi ilə artan dərdlər sırasında qaz azlığı problemi olsa da, qazın gəlməsi də çox zaman elə ciddi və eyni zamanda həyati təhlükə yaradan nəticələrə yol verir. Məsələn, hər qış canlar alan dəm qazı zəhərlənmələri, qışla birlikdə gələn ən ciddi və ölümcül təhlükələrdən biridir.
Bir zamanlar Bakı sakinlərinin bir çoxu İran sobalarından istifadə edirdi. Həmin vaxtlar bir aidiyyatı qurumlar bu sobaların insan həyatı üçün riskli olduğunu qeyd etsə də, ucuz mal olduğundan, çox vətəndaşın gücü onu almağa çatırdı. Elə İran sobaları ilə birlikdə el arasında “ceyran peçi” adlanan sobalar da ciddi təhlükə qaynaqlarından biri hesab olunurdu. Hal-hazırda paytaxtın və bir çox rayonların kənar ərazilərində bu sobalardan geniş istifadə edilir. Kombi və bunun kimi təhlükəsiz, səmərəli və sərfəli istilik vasitələri isə vətəndaşların cibinə ağır gəlir. Odur ki, “dədə-baba qaydası” hesab etdikləri “ceyran peç”lərinə daha çox üstünlük verirlər:
“Elə ən yaxşısı “ceyran peçi”dir. Təkcə səsi bəs edir ki, xumarlanıb yanında yatasan. Arada üstünə şabalıddan, qoz ləpəsindən də düzürük, sonra bişirib lavaşın ya da çörəyin arasına qoyuruq. Ləzzətini də heçnə vermir. Adam var, evində kombi quraşdırıb, gecələr rahat yatır, “qaz açıq qaldı” dərdi çəkmir, əslində çox da yaxşı şeydir. Amma hər kəsin buna gücü çatmır axı. İndi tikinti materiallarının qiyməti qalxıb ərşə. Hələ istilik vasitələrini demirəm, təkcə kombilərin qiyməti hardasa iki min manatdan başlayır. Bizim ailədə iki nəfər maaş alan var, biri mənəm, bir də qardaşım. Ümumi bizim evə daxil olan gəlir səkkiz yüz manatdır. Hər manatın da öz dərdi-odu var, kredit borcu da ki, boynumuzdan aşır, necə gedib alaq? Kasıba qalan elə “İran peçi”, “Ceyran peçi”dir. Belə də ki, öləndə öləcəyik də, nə edək? Onsuz belə də ölürük”. DİA.AZ bildirir ki, bunu Mürsəl adı sakin Bizimyol.info saytına müsahibəsində bildirib.
İran sobası və bənzəri istilik vasitələrindən istifadə edən vətəndaşların əksəriyyəti təhlükənin miqyasını bildiklərindən, gecələri sobanı keçirib, elə yatırlar. Bu isə bir neçə saat sonra evi bum-buz edir: “Biz bir neçə il arxa-arxaya qaz sobası partlamalarında həlak olan insanların sayəsində anladıq ki, gecələri bu sobanı yanılı qoyub yatmaq olmaz. Neçə ailələr bir gecənin içində yandı külə çevrildi, oyuncaq deyil ki. Yatmamışdan öncə, hər kəs ayıq olan zaman yandırırıq, yatan zaman da söndürüb, elə yatırıq”,– deyə, xanım sakin bildirib.
Bakının bəzi rayon və qəsəbələrində, o cümlədən, Binəqədi və Sabunçu rayonlarının qəsəbələrində yerləşən həyət evləri bu növ sobalarla qızdırılır. Sabunçu rayonunun Zabrat qəsəbəsi hər yağış, qardan sonra Venesiya şəhərini xatırladır. Burada vəziyyət on illərdir ki, belədir. Zabrat qəsəbəsinin kanalizasiya problemi heç zaman öz həllini tapmayan “üzsüz qonağa” çevrildiyindən, yerli sakinlər də bu qonağı öz evlərinin sakini kimi qəbullanmağa məcbur olublar. Bu qəsəbədə yeganə dəyişən bir şey varsa, o da 148 nömrəli nəqliyyat xəttinin avtobuslarıdır. Bütün bu problemlərlə yanaşı, evinin içində dəm qazı təhlükəsi ilə yaşayan sakinlər “artıq qazın dilindən anladıq”larını qeyd edirlər. Nəinki evlərdə, hətta hamam otaqlarında su qızdırmaq üçün istifadə olunan suqızdırıcı kalonkalar da səssiz ölümün başqa bir versiyası hesab edilir. Hamamda duş qəbul edən insanlar qazın sönərək, içəri dolduğunun fərqinə varmadığından, hamam otağında halları pisləşir və nəticə faciə ilə bitir.
Bu və oxşar problemlərlə yanaşı, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti hər il vətəndaşlara müraciət ünvanlayır. Həmin müraciətlərin birində qeyd olunan tövsiyələri oxucularımızla bölüşürük:
Heç bir halda qeyri-standart işlədicilərdən istifadə olunmamalıdır;
Standart işlədicilərin iş prinsiplərinə əməl olunmalı, onların funksional quruluşuna müdaxilə edilməməlidir;
Hər hansı nasazlıq aşkarlanarsa, ixtisaslaşdırılmış müəssisəyə, professional ustaya müraciət olunmalıdır;
Su qızdırıcıları - binaların qızdırılması üçün istifadə olunan Rusiya, İran, Avropa istehsalı olan, xalq arasında “pyatiminutka”, “kolonka”, “kombi”, “ariston” və sairə kimi adlandırılan hər bir qızdırıcı aparatın qazla təminatı sertifikata uyğun boru ilə təmin olunmalı, yanmış qazların çıxışı sərbəst, standart, tələb olunan ölçülərə müvafiq qaydada qurulmalı - montaj olunmalıdır;
İşlənmiş qazların kənarlaşdırılması üçün nəzərdə tutulan şaxta - baca sistemləri mütəmadi qaydada qurum, kənar predmet və sairdən təmizlənməlidir, axarlılığı tutacaq kənar əşya, hər hansı səbəb yolverilməzdir;
Heç bir halda qaz işlədicisi bilavasitə duşun qəbul edildiyi otağa qoyulmamalıdır, qaz işlədicisi açıq məkanda qoyulmalıdır, duş və işlədicinin bir məkanda olması yolverilməzdir! Əgər bu vacib tələbi pozmusunuzsa, əməl edə bilməmisinizsə, duş olan otaqda hökmən nəfəslik - kiçik ölçülü pəncərə, otağın qapısında isə kiçik diametrli dəliklər olmalıdır. Nəfəslik vardır və qapalıdırsa, bunun Sizin təhlükəsiz duş qəbulunuza faydası olmayacaq, nəfəslik açıq olmalıdır ki, dəm qazı ayrılması varsa, o qazlar hermetik qapalı mühitdə çox toplanıb ölüm gətirəcək həddə çata bilməsin, nəfəslik açıq olmalıdır;
Heç bir halda mətbəx qaz plitə - sobalarından mənzilin qızdırılması üçün istifadə etməyin;
Qaz plitələrini nəzarətsiz qoymayın, üstündəki qaynayana kimi, çimim çıxım, yaxud çörək alım gəlim deyə işlək halda qaz plitəsini buraxıb mətbəxi tərk etməyin.
Tövsiyələrimiz qəribə səslənsə də, çoxillik fəaliyyətimizdə və təcrübəmizdə təəssüf ki, çox sayda belə bədbəxt hadisələrin şahidi olmuşuq və bu tövsiyələrə əməl etməmənin həyatlar bahasına başa gəlməsi halları yetərincə baş vermişdir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-01-2022, 09:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər