reklam
Regionxeberlericom.az » Sosial » "Yeni Klinika”nın sabiq rəhbəri əleyhinə ifadə verənlərin yenidən dindirilməsini istəyib

reklam

"Yeni Klinika”nın sabiq rəhbəri əleyhinə ifadə verənlərin yenidən dindirilməsini istəyib


"Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov və digərləri barələrindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. regionxeberlericom.az APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.

Məhkəmədə Pərviz Abbasovun vəkili vəsatət qaldıraraq prosesdə qismən istintaq aparılmasını istəyib. Müdafiəçi bildirib ki, birinci instansiya məhkəməsində Pərviz Abbasovun əleyhinə ifadə vermiş iki nəfər şahidin sözləri hökm qəbul olunarkən əsas götürülüb, buna görə də həmin şahidlər yenidən ifadə verməlidirlər. Vəsatət təmin olunmayıb.

Məhkəmənin baxış iclası fevralın 16-na təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay, cinayət işi üzrə təqsirləndirilən digər şəxslər - “Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinə 8 il həbs cəzası, “Viola” MMC-nin meneceri Vüsalə Əliyevaya isə iki il sınaq müddəti seçilməklə şərti cəza təyin olunub.

Xatırladaq ki, Baş prokurorluq tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham verilib.




Paylaş:


Müəllif : Tarix:
3-02-2022, 12:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər