“Azəri Med” - MƏHKƏMƏYƏ VERİLDİ
Tanınmış tibb firması “Azəri Med” barəsində məhkəmə iddiası qaldırılıb.
regionxeberlericom.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, işə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.
Belə ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir. Gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən “Azəri Med” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub.
Şirkətdən bildirilib ki, bu nadir halda baş verən bir xətadır. “Azəri Med” rəsmisi problemin daşıma şirkətinin məsuliyyətsizliyi ucbatından irəli gəldiyini iddia edib.
Qeyd edək ki, “Azəri Med” firması Azərbaycanda 170-dən çox apteklər şəbəkəsinə məxsusdur. 2018-ci ildə əczaçılıq fəaliyyəti ilə məşğul olan “Shafran” və “Avestafarm” MMC-lər ləğv edilərək “Azəri Med”ə birləşib.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-02-2022, 16:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər