reklam
Regionxeberlericom.az » Sosial » Ramiz Mehdiyevi VƏSF EDƏNLƏR... - İndi onun qabırğasına DÖŞƏYİRLƏR...

reklam

Ramiz Mehdiyevi VƏSF EDƏNLƏR... - İndi onun qabırğasına DÖŞƏYİRLƏR...


 AMEA şefi Ramiz Mehdiyev bu gün hədəfdədir. Dünənə qədər onun qəbulu nədir, diqqətinə düşmək növbəsinə duranlar, onu gen-bol vəsf edənlər, Ramiz Mehdiyevi DÖVLƏT AĞSAQQALI adlandıranlar bu gün onu bir uşaq kimi qabaqlarına qoyub qabırğalarına döşəməkdədirlər. Hər halda, maraqlı mənzərədir.... Dərs çıxarılası mənzərə... Təbii ki, bu gün mövqe başında olub ayağının altını görməyənlər üçün dərs çıxarılası mənzərədir.

Elə bu fakt da sosial şəbəkələrdə hazırda geniş şəkildə müzakirə olunmaqdadır.

Bu gün Mehdiyevin üzərinə FATEHCƏSİNƏ HÜCUM EDƏNLƏRİN kimlikləri bəlli olan kimi onların keçmişdə söylədikləri də dərhal ictimailəşir.

Doğrudur, ortada bir bəhanə var ki, yalnız dəlilər fikirlərini dəyişmirlər...

Amma bu yerdə qeyd etdiyimiz məqam yalnız BƏHANƏDİR.

Çünki ortada bir DƏLİCƏSİNƏ YÜRÜŞÜN baş verdiyi tam çılpaqlığı ilə aşkardır.

Biz də dia.az olaraq bu gün ANTİMEHDİYEV duyğuları ilə alışıb yanan daha iki deputatın köhnədən, o qədər də uzaq olmayan keçmişdən sitatlarını xatırlatmaq fikrinə düşdük.

Qeyd edək ki, bu sitatları tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli yada salıb...

***

Fazil Mustafa: "Dövlət xadimi kimi Ramiz Mehdiyevin bugünkü Azərbaycan Respublikasının formalaşmasında, müəyyən dərəcədə tanınmasında xüsusi rolu var".

Uzaq olmayan 2018-ci il

***

Vahid Əhmədov: "Mən açığını deyim ki, Ramiz Mehdiyevi Azərbaycan dövlətinin onurğa sütunu hesab edirəm. Bunu hər yerdə deyirəm".

***

Qeyd edək ki, bu heçə də hamısı deyil. Dünən elə başqa bir deputat - Musa Qasımlının da Mehdiyevi necə fəsf etdiyi müzakirə olunmuşdu. Hər halda Mehdiyevin kitablarının müəllifi kimi tanınan Musa müəllimi də bu cərgədə görmək kifayət qədər maraqlı idi...

***

Allah bazarınızı versin...




Paylaş:


Müəllif : Tarix:
4-02-2022, 09:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər