reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycanda müəllimin İTƏN NÜFUZU - Günahkar kimdir?

reklam

Azərbaycanda müəllimin İTƏN NÜFUZU - Günahkar kimdir?


Son günlər müəllim-şagird münasibətlərində yaşanan fiziki şiddət cəmiyyətdə birmənalı qarşılanmır. Bəzən müəllimlərin də şagirdlər tərəfindən döyülməsi hallarına rast gəlmək mümkündür. Maraq doğuran məqam odur ki, bütün hallarda müəllimlər töhmət alır. DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında bildirib ki, hər şagirdin fərqli tərbiyəyə sahib olduğunu nəzərə alan müəllimlərin bütün hallarda təmkinli davranması vacibdir:

“Müəllim ən hörmətli və yüksək statusa malik olan şəxsdir. Ona görə də şagirdlər tərəfindən müəllimə qarşı hansısa fiziki şiddətin göstərilməsi və ya hörmətsizlik edilməsi qınanılmalıdır. Bu məsələdə müəyyən mənada cəmiyyətin və valideynlərin də günahı var. Bəzi hallarda müəllimlərin də çatışmayan tərəfləri üzə çıxır. Ümumiyyətlə, müəllim heç bir halda şagirdə qarşı şiddət göstərə bilməz. Bu, heç bir qanunda öz əksini tapmayıb. Bununla yanaşı, valideynlər də övladlarının müəllimə qarşı hörmət saxlamasını başa salmalıdır. Nəticədə hər bir müəllim valideyndir.

Müəllim-şagird münasibətlərində fiziki və mənəvi zorakılıqdan söhbət gedə bilməz. Məlumdur ki, şagirdlərin hərəsi bir evdə böyüyür və fərqli tərbiyənin sahibidir. Ona görə də müəllimlər bunu nəzərə almalı və özünü məktəbdə normal aparmayan şagirdlərlə söhbətlər aparmalıdır. Azərbaycan qanunvericiliyində şagirdlərin və müəllimlərin hüquqlarının qorunması istiqamətində çox saylı normativ aktlar mövcuddur. Bu normativ aktların heç birində müəllimin şagirdə və ya şagirdin müəllimə şiddət tətbiq etməsi barədə müddəa yoxdur. Cəmiyyətin haqlı narazılığına səbəb olan məlum neqativ hallara son qoyulması üçün öncəliklə şagirdlərə qarşı təlim-tərbiyə işləri həyata keçirilməlidir”.




Paylaş:


Müəllif : Tarix:
4-02-2022, 10:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər