reklam
Regionxeberlericom.az » Sosial » Elsevər Ağayevin `vurulmasında` CAVANŞİR FEYZİYEV KARTI... - İLGİNC İDDİALAR...

reklam

Elsevər Ağayevin `vurulmasında` CAVANŞİR FEYZİYEV KARTI... - İLGİNC İDDİALAR...


Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamları ilə Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad olunublar.

Görəvdən alınan nazir müavinləri arasında daha çox diqqətçəkəni Elsevər Ağayevdir. Kimdir bu Elsevər Ağayev?

Bildirək ki, hələ keçmiş səhiyyə naziri Əli İnsanovun dönəmlərindən görəv başında olan Elsevər Ağayev Azərbaycanda səhiyyə sisteminin bütün qaranlıq işlərinin icraçısı kimi xarakterizə olunmaqda idi. "Dərman mafiyası işi"ndən tutmuş, ilan zəhəri alverinə qədər bütün qaranlıq müstəvilərdə bir nömrəli fiqur kimi xarakterizə olunan Elsevər Ağayev zamanında keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin əsas etibarlı adamı kimi də tanınırdı.

Elsevər Ağayev Əli İnsanovun dövründə olduğu kimi Oqtay Şirəliyevin də dövründə səhiyyədə büdcə vəsaitlərinin oğurlanmasına nəzarət-icra funksiyasını həyata keçirib və onun barəsində əslində hüquqi araşdırma aparılmalıdır. Çünki bu kimi faktlar dəfələrlə yelri mətbuatda tirajlanıb. Lakin himayədarları hesabına Elsevər Ağayev hər zaman onu ifşa edənləri susdurmağa müvəffəq olub.

Elsevər Ağayevin gedişində mühüm bir elementin də təsiri olmamış deyil. Söhbət bu günlərdə ölkədə şok effekti yaradan deputat Cavanşir Feyziyevin Londondakı milyonlarının müsadirə olunmasından gedir.

Əldə etdiyimiz məlumatlardan aydın olur ki, zamanında Cavanşir Feyziyevlə "Avromed"də dərman alveri işində ortaq kimi görünən Elsevər Ağayev də məhz bu proseslər səbəbindən nazir müavini postundan götürülüb.

Bu barədə danışan mənbə şok faktları açıqlayır: "Araşdırılır yəqin ki bu məsələlər. Hər halda səbəbsiz deyil ki, Elsevər Ağayev məhz indi vurulur. Cavanşir Feyziyevin adında olan 5 milyon funt-sterlinqin nə qədəri Elsevərə aiddir? Bunu yoxlayırlar, ya da yoxlayıblar. Ona görə, bu qərar verilib. Hələ bu hamısı deyil. Daha ciddi faktlar var və yəqin ki, Elsevər Ağayev yaxasını asanlıqla kənara çəkə bilməyəcək".





Paylaş:


Müəllif : Tarix:
4-02-2022, 10:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər