reklam
Regionxeberlericom.az » Sosial » "Mənim qardaşım adam öldürməyib, ancaq ona ən ağır ölüm maddəsi veriblər" - Prezidentə müraciət olundu

reklam

"Mənim qardaşım adam öldürməyib, ancaq ona ən ağır ölüm maddəsi veriblər" - Prezidentə müraciət olundu


7 saylı cəzaçəkmə müəsissəsində ölüm aclığı keçirən məhkum Qubuşov Tural Tağı oğlunun bacısı Qubuşova İradə Azinforum.az vasitəsilə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, qardaşı ilə bağlı məsələni nəzarətə götürməyi xahiş edib: “Mənim qardaşım adam öldürməyib, ancaq ona ən ağır ölüm maddəsi veriblər. Ortada ölən də yoxdur. Saxta ittihamlar əsasında ona 18 il iş veriblər. Bütün bu şərlənmə kampaniyasının arxasınd daxili işlər nazirinin müavini Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyev durur. İşə obyektiv baxılsa onun hansı saxtakarlıqlara imza atdığı üzə çıxacaq. Qardaşımın səhəti çox ağırdı, xahiş edirəm haqq-ədalətin bərpa olmasına tardımçı olun”.

Azinforum.az olaraq müraciətdə adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazır olduğumuzi bildiririk. Eyni zamanda, Penitensiar Xidmətdən bu məsələ ilə bağlı mövqe bildirmələrini xahiş edirik.

Mövzuya qayıdacayıq… //azinforum.az//




Paylaş:


Müəllif : Tarix:
7-02-2022, 09:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər