BU FAKTDIR: Kişilərin yarıdan çoxu pensiya almadan dünyadan köçür... - Yığdıqları da Əmək Nazirliyinə qalır
2020-ci ildə kişilər arasında ölənlərin 52,3 faizini 65 yaşına, yəni pensiya yaşına çatmamış, qadınlar arasında onların 42,2 faizini 62 yaşına, yəni pensiya yaşına çatmamış vəfat edənlər təşkil edib. Eyni göstərici 2019-cu il üzrə müvafiq olaraq kişilər üçün 42, qadınlar üçün 31 olub.
Bu barədə br müddət əvvəl iqtisadçı Qubad İbadoğlu öz sosial şəbəkə hesabında qeyd etmişdi. İndi yaxın gəlin. Bilrisiniz ki, bir müddət əvvəl qadın və kişilərin pensiya yaşının hər il 6 ay atırılması ilə bağlı qanun qəbul edilib.
Qubad İbadoğlu Qubad İbadoğlu
Bu isə o deməkdir ki, pensiya yaşına çatmağı düşünüb özü üçün yığdığı penisya kapitalını tam almamış dünyasını dəyişəcək. Yəni statistika göstərir ki, kişi qeyd edilən pensiya yaşından daha tez dünyasını dəyişir.
Pensiya yaşına çatmadan dünyasını dəyişən şəxslərin isə hesabında olan vəsait birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında qalır. Bir adam qocalanda pensiya almaq üçün fonda hər ay vəsait köçürəcək, pensiya almadan dünyasını dəyişərsə, həmin vəsait onun varislərinə - həyat yoldaşı və ya övladlarına verilməyəcək.Yəni qarətçiliyin qanuna salınmış bir forması...
Beləliklə, insanlar xarici ölkələrdə olduğu kimi pensiya yaşına çatanda “ən azından pensiyam olacaq ümidi ilə” yaşasa da, o yaşa çatmamış dünyasını dəyişir. Pensiya yaşının hər il 6 ay artırılması da məhz buna hesablanıb. Yəni illərlə işləyib sosial sığortaya etdiyimiz ödənişlərə Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi sahib çıxır. Bu məbləği ödəməyəndə bizə hesablanan cərimələri hələ demirəm.
Bəlkə bu gün ödədiyimiz həmin sosial sığorta ödənişləri gözümüzə az görünə bilər. Amma bu ödənişləri hər ay edirik və il sonu heç də az məbləğ deyil. Əgər biz bu vəsaiti ala bilmədən öləcəyiksə, niyə illərlə işləyib istəklərimizdən kəsib ödəyirik? Məqsəd nədir, nazirliyi maliyyələşdirmək?
Artıq insanların gəlirlərini niyə gizlətməyə çalışdığını başa düşmək olur . Həyat qısadır və heç kim haqqını Sahil Babayevin kontoruna yedirtmək istəmir. Haqqlıdırlar da...
Gəlin, bir faktla bağlı danışaq. Ölkədə müəyyən dövlət məmurları istisna olmaqla, işə qəbul zamanı yaş həddi 35 qoyulur. Yəni 35 yaşına qədər özünə gün ağlaya bilməmisənsə, bundan sonra da bir gün görə bilməyəcəksən. İşlədiyin istənilən sahədə də VÖEN-lə çalışmaq məcburiyyətindəsən. Bu zaman isə gəlirlərindən vergi və sosial sığorta haqqı ödəyirsən. Bəlkə əmək haqqı sənə çatmır, bəlkə ödədəyin vergi və sosial sığrta haqqı hansısa yarana dərman ola bilər. Amma düşünürsən ki, yaşlananda pensiya alacağam.
O da, əgər ömür etibar etsə. Statistika da sübut edir ki, ömür heç də etibarlı deyil və sənin bu gün həyatından kəsərək ödədəyin vəsaitləri ƏƏSMN mənimsəyir. Qısası, gözəl hesablanıb, biz işləyək, vergi və sığorta haqqı ödəyək, nazirlik mənimsəsin. Arxamızca da “yemədi, getdi” deyəcəklər.
Ümumiyyətlə, ƏƏMSN-nin Sahil Babayev dövrü Azərbaycanda yaşlı əhalinin məhvi ilə yadda qalacaq. Penisya arzusu ilə dünyasını dəyişəmək... Heç nə demirəm, bir araşdırma edin, görün, qardaş Türkiyədə vəziyyət necədir? İnsanlar pensiya ilə kirayə ödəyib, normal yaşaya bilirlər. Bizdə isə...
Nəyimiz düzdür ki?
Bizimyol.info
Paylaş:
Müəllif : Yazar
Tarix:7-02-2022, 09:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər