reklam
Regionxeberlericom.az » Sosial » "Azərbaycan imicinə ləkə gətirən DƏLƏDUZ..." - Partiya sədrindən ÇAĞIRIŞ

reklam

"Azərbaycan imicinə ləkə gətirən DƏLƏDUZ..." - Partiya sədrindən ÇAĞIRIŞ


“Nə mənəvi, nə siyasi haqqı yoxdur ki, xalqın üzünə çıxsın”. regionxeberlericom.az yenicag.az-a istinadla xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev barəsində danışarkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

MMP sədri Cavanşir Feyziyevin danışmasının hörmətsizlik olduğunu qeyd edib:

“Azərbaycan dövlətini dünya miqyasında belə bir dələduzun, rüşvətxorun biabır etməsi və dil açıb danışması Azərbaycan parlamentinə və onun üzvlərinə qarşı hörmətsizlikdir.

Deyir, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı…

Cavanşir Feyziyevin nə mənəvi, nə siyasi haqqı yoxdur ki, xalqın üzünə çıxsın”.

Hafiz Hacıyev rəsmi orqanlara müraciət edərək, Cavanşir Fərzəliyevin deputat mandatından məhrum edilməsini və həbsini istəyib:

“Mən hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, Azərbaycan imicinə ləkə gətirən belə bir dələduzu təcili şəkildə həbs edib, saxta deputat mandatından məhrum etsinlər”.

“Mediada çalışan dostlarım, sizin ünvanınıza səsləndirdiyi təhqirlər məni üzdü. Belə bir oğrunun sözlərinə fikir vermədən tutduğunuz haqq yoluna davam edin. Bunun kimilər çoxdur və sizinlə birlikdə belə ziyanvericilərin axırına birlikdə çıxacağıq, – deyə, MMP sədri jurnalistlərə də səslənib.

Xatırladaq ki, London məhkəməsi deputat Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt sterlinq məbləğində vəsaiti müsadirə edib. Bu xəbərlər yerli mətbuatda yer aldıqdan sonra C.Feyziyev jurnalistlərin adını çəkərək təhqir edib.




Paylaş:


Müəllif : Tarix:
7-02-2022, 10:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər