reklam
Regionxeberlericom.az » Sosial » Cavanşir Feyziyev İSTEFA verdi

reklam

Cavanşir Feyziyev İSTEFA verdi

Milli Məclisin deputatı Cavanşir Feyziyev  Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü olan Cavanşir Feyziyevin "Facebook" səhifəsində yayılan müraciətində bildirilir:

“Hörmətli sədr,

Son günlərdə "Facebook" səhifəmdə paylaşdığım statusla bağlı yaranan qalmaqala aydınlıq gətirmək üçün aşağıdakıları diqqətinizə çatdırmaq istəyirəm.  

Bütün cəmiyyətlərdə media ölkənin hərtərəfli inkişafında mühüm amil və vasitə kimi hörmətə və sayğıya layiqdir. Bu hörmət və sayğı həm media nümayəndələri, həm də cəmiyyətin digər üzvləri tərəfindən qarşılıqlı şəkildə sərgiləndiyi təqdirdə daha davamlı və güclü olur. Münasibətlər elə qurulmalıdır ki, ziddiyyətlər yaranmasın, əmələ gələ biləcək kiçik anlaşılmazlıqlar isə qısa zamanda həll yolunu tapsın.  

Mən bir neçə gün öncə "Facebook" səhifəmdə yazdığım statusla hər hansı ziddiyyət yaratmaq məqsədi güdməmişəm, sadəcə barəmdə gedən mənfi yüklü materialların şəxsimə təsirini əyani şəkildə hiss etdirmək istəmişəm. Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm.

Vəziyyətin belə bir şəkil alması, həmçinin işimin çoxluğu mənim Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyümdən istefa verməyimi zəruri edir və mən sizdən istefamın qəbul olunmasını xahiş edirəm. 

Azərbaycan Mətbuat Şurasına  ölkədə medianın inkişafı naminə fəaliyyətində böyük uğurlar arzulayıram" 


 




Paylaş:


Müəllif : Tarix:
7-02-2022, 14:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər