Nazirlikdən şagirdin intihar cəhdinə reaksiya: - "Hər uşağın məsələsinə cavab verə bilmərik"
Fevralın 2-sində Ucar rayonu Qaradağlı kənd sakini Əzizov Nicat Fərhad oğlunun şikayəti ilə bağlı yazı dərc etmişdik. Məlumatda bildirilirdi ki, Ucar rayonu Qaradağlı kənd tam orta məktəbdə 8-ci sinifdə oxuyan Sevincin (şərti ad) həyatı, sağlamlığı ciddi təhlükə altındadır vəbuna məktəbin direktoru Səkinə Səfərəliyeva şərait yaradıb, göz yumur.
“Məktəb kitabxanasının əməkdaşı öz övladı Gülnarı (ad şərtidir) öyrədərək mənim övladımı təhdid edirlər, ona qarşı zor işlədirlər. Gülnar heç bir əsas və səbəb olmadan qızım Gülnarla hər gün dalaşır, onu vurur, söyüb təhqir edir, geyimini, çantasını cırıb şagirdlər arasında alçaldır. Mən bu barədə məktəbin direktoru Səkinə Səfərəliyevaya və Təhsil Şöbəsinin müdiri Rauf Məmmədova şifahi məlumat verərək araşdırıb tədbir görülməsini xahiş etmişəm.
Ancaq qızıma qarşı zor tətbiq edib onunla qərəz aparan Gülnar barədə heç bir tədbir görülməyib”,-deyı şikayətçi bildirir.
Məktubu göndərən Əzizov Nicat Fərhad oğlu xüsusilə qeyd edib ki, qızı Sevinc zorakılağa dözə bilməyərək intihar etməyə cəhd göstərib və öz qolunu kəsərək intihar etmək istəyib.
“Qızımın səhhəti pisdir, hər an özünü öldürə bilər. Hazırda övladımın həyat və sağlamlığı ciddi təhlükə altındadır”.
Məsələdə xüsusi həssas məqamlar, intihara cəhd halı olduğu üçün dəfələrlə Təhsil Nazirliyin mətmuat xidməti ilə əlaqə saxladıq və günlər sonra Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun Bizimyol.info-ya verdiyi cavab bu oldu: “1 milyon 600 min şagird var və hər bir-birini narahat edən uşağın məsələsi ilə bağlı nazirlik cavab verə bilməz. Belə hal baş veribsə, bu adamlar məktəb direktoruna, rayon təhsil şöbəsinə və ya bizim qaynar xəttə yaza bilərlər. Amma fiziki cəhətdən bunu çatdırmaq mümkün deyil. Sinifdə kiminsə-kimisə incitməsi ilə bağlı problemlə Təhsil Nazirliyinin məşğul olması çətin məsələdir. Mən demirəm, təbii ki, bu bizim işimizdir. Amma valideyn məktəb direktoruna müraciət etsin. O məşğul olmasa, “portal.edu.az”-a yazsın və dərhal həmin şəxsə cavab verəcəklər”.
Məsələ ondadır ki, valideyn sadalanan bütün instansiyalara müraciət edib və nəticə hasil olmayıb. O üzdən də ən yuxarı instansiyaya - Təhsil Nazirliyinə müraciət olunur, amma nazirliyin "fiziki gücü" yetərli olmur. Söhbət intihara cəhddən getsə də, nazirlik rəsmisinin bunu "adi konflikt" kimi görməsi də bir başqa dərddir. Görəsən, Allah eləməmiş, intihar reallaşsa və bu mövzuya yenidən qayıtsaq, nazirlikdən hansı cavabı eşidərik?..
Paylaş:
Müəllif : Yazar
Tarix:7-02-2022, 16:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər