Mehdiyev bu gün AMEA-dan getsə... - GƏLİŞMƏ
Tarix boyu AMEA ölkədə elm, təhsil, iqtisadiyyat və digər sahələrdə mühüm rola malik olub. Amma son illər ərzində AMEA-nın bəzi institutları istənilən fəaliyəti ortaya qoya bilmir. Bu gün AMEA-ya gənclərin cəlb olunmasında, onların elmi tədqiqat işlərini həyata keçrməsində ciddi problemlər var. Bu sözləri Axar.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
O bildirib ki, məhz institut rəhbərliklərinin gənc alimlərə qarşı apardıqları fəaliyyət AMEA-nın nüfuzuna xələl gətirir:
“AMEA Azərbaycanın elm və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanıdır. Akademiya Azərbaycanda bütün elmi təşkilatların və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirir, istiqamətləndirir, respublikada elmin inkişafını təşkil və təmin edir. Onun əsas məqsədi təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində fundamental, tətbiqi tədqiqatlar aparmaqla yeni biliklər əldə edib, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməkdir. Lakin qeyd etdiyim fəaliyyəti biz yüksək səviyyədə görə bilmirik”.
Ekspert qeyd edib ki, universitetlərlə AMEA arasında elmi əməkdaşlıq çox aşağı səviyyədədir:
“Ölkə başçısı tərəfindən həyata keçirilən ölkənin uğurlu sosial-iqtisadi inkişafında AMEA-nın rolunu və ciddi fəaliyyətini görə bilmirik. Düzdür, 73 illik fəaliyyəti ərzində akademiyada əldə edilmiş elmi nəticələr, çoxsaylı ixtiralar, hazırlanmış yüksəkixtisaslı kadrlar bu gün müstəqil Azərbaycanın demokratik və hüquqi dövlət kimi formalaşmasında həlledici rol oynayıb. Lakin bu fəaliyyət son dövrlərdə yerli xarakter alıb. Beynəlxalq nüfuzlu jurnallarda, tədqiqat dərgilərində AMEA əməkdaşlarının məqalələrinə az rast gəlinir”.
K.Əsədov deyib ki, bu gün AMEA dövlət büdcəsindən ən çox vəsait alan qurumların ilk sırasında yer alır:
“Hazırda burada 10300-dən yuxarı əməkdaş, o cümlədən 5500-ə yaxın elmi işçi, 500-ə yaxın elmlər doktoru, 2000-dən yuxarı elmlər namizədi çalışır. Akademiyanın 60 həqiqi üzvü və 107 müxbir üzvü var. Onlar akademiyanın və başqa qurumların elmi-tədqiqat strukturunda fəaliyyət göstərirlər. Lakin onların fəaliyyəti istər dünya miqyasında, istərsə də yerli əmək bazarında çox az hiss olunur. Hesab edirəm ki, akademiyanın fəaliyyətini tənzimləyən normativ sənədlərdə əhəmiyyətli dəyişikliklər edilməli, akademiyanın nizamnaməsi yenidən işlənib hazırlanmalıdır. Bundan sonra AMEA-nın dövlət büdcəsindən maliyələşməsi dayandırılmalı, publik hüquqi şəxsə çevrilməli və göstərdiyi xidmətlərə görə gəlir əldə etməlidir. Bu, həm də AMEA-nın nüfuzunun artmasına xidmət edəcək. Əlbəttə, alimlərimiz son illər qiymətli nəticələr əldə edərək, dünya elminə də böyük töhfələr veriblər. Amma onların sayı mövcud potensialdan və imkanlardan dəfələrlə azdır”.
K.Əsədov AMEA-nın pezidenti Ramiz Mehdiyevin fevralın 8-də heçiriləcək Rəyasət Heyətinin iclasında istefa verəcəyi ilə bağlı yayılan iddialara belə münasibət bildirib:
“Düşünürəm ki, Mehdiyevin AMEA-nın prezidentliyindən istefa verməsi buranın inkişafına, neqativlərin aradan qalxmasına təkan verəcəkdir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-02-2022, 09:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər