reklam
Regionxeberlericom.az » Sosial » Niyazi Bayramovu KİM ƏVƏZ EDƏCƏK? - İLGİNC İDDİA

reklam

Niyazi Bayramovu KİM ƏVƏZ EDƏCƏK? - İLGİNC İDDİA


"Əslində normalda Niyazi Bayramov vəzifəsindən dərhal atılmalı idi. Onun kimi dibçək fırıldağına əl atanlar əslində vətəndaşı yox dövlətin ali rəhbərliyini aldatmanın cəzasını almalıdır ki, digərlərinə görk olsun". Bu sözləri qeyd edən hökumətdəki mənbə yaxın vaxtlarda Niyazi Bayramovun vəzifəsindən alınacağı haqda xəbərləri şərh edərkən yeni məqamlara da aydınlıq gətirib.

Mənbənin dia.az-a söylədikləri: "Təbii ki Niyazi Bayramovdan hesabat istənilib və onun hesabatına kimsə inanmır da. Yəni cəzalandırma olacaq. Burada əsas məsələ Gəncə kimi strateji bir şəhərə kimin rəhbər gətirilməsilə bağlıdır".

Qeyd edək ki, artıq yerli KİV-də müəyyən versiyalar irəli sürülüb. Bununla bağlı danışan mənbə əlavə etdi ki, hazırda PA-da yüksək vəzifə tutan fiqurlardan birinin Gəncəyə başçı göndəriləcəyi də müzakirə olunur...

Xatırladaq ki, dünən gununsesi.info saytı Niyazi Bayramovun yola salınacağı haqda informasiya paylaşdı ki, buna reaksiya verən Gəncə RİH-in açıqlamasında da dəyişikliyin qaçılmaz olduğu açıq şəkildə sezildi.




Paylaş:


Müəllif : Tarix:
8-02-2022, 09:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər