reklam
Regionxeberlericom.az » Sosial » Təhsil ekspertlərinin adından dələduzluq edən müəllim AXTARIŞA VERİLDİ

reklam

Təhsil ekspertlərinin adından dələduzluq edən müəllim AXTARIŞA VERİLDİ


Azərbaycanın tanınmış təhsil ekspertlərinin adından istifadə edərək dələduzluq edən müəllimə cinayət işi açılıb.

Bir neçə gün əvvəl təhsil ekspertləri Kamran Əsədov və Elçin Əfəndi sosial şəbəkədə paylaşım edərək Şirvanda Bəhruz Şıxəlıyev adlı ingilis dili müəlliminin onların adından istifadə edərək dələduzluq etdiyini bildiriblər. Ekspertlərin sözlərinə görə, adı çəkilən şəxs müəllimləri və digər insanları aldadaraq onların pullarını mənimsəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-ın sorğusuna cavabında bildirib ki, qeyd olunan hallarla bağlı B. Şıxəlıyev barəsində cinayət işi başlanıb:

“Şirvan şəhər sakini Bəhruz Şıxəliyev 2021-ci ildə müxtəlif vaxtlarda bir neçə şəhər sakinin etibarından istifadə edərək, onlardan övladlarını ali təhsil müəssisələrinə qəbul olunmalarına köməklik göstərəcəyi, eləcə də yaxşı məvacib ilə işlə təmin edəcəyi vədləri ilə müxtəlif məbləğlərdə pul alıb. Daha sonra isə vətəndaşlar B.Şıxəliyev tərəfindən aldadıldıqlarını anlayandan sonra onun barəsində Şirvan şəhər Polis Şöbəsinə məlumat veriblər.

Daxil olan müraciətlər əsasında B.Şıxəliyev barəsində 2021-ci ilin dekabr ayının 10-da Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə; təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Həmin şəxsin saxlanılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən faktla bağlı xəbər vermişdik.




Paylaş:


Müəllif : Tarix:
8-02-2022, 12:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər