reklam
Regionxeberlericom.az » Sosial » "Məmurlar evimə gəlməlidir, məndən ikincisi yoxdur" - Şeyx Əbdüldən qalmaqallı sözlər

reklam

"Məmurlar evimə gəlməlidir, məndən ikincisi yoxdur" - Şeyx Əbdüldən qalmaqallı sözlər


“Mənə 5-6 min manat kömək lazımdır, heç kəs etmir. O adamlara müraciət etmişəm ki, mənimlə görüşüb öpüşürlər”. Bu sözləri Ölkə.Az-a açıqlamasında kinorejissoru, ssenarist və aktyor, Xalq artisti Şeyx Əbdül (Mahmudovbəyov) deyib.

Daha əvvəl cərrahi əməliyyatlar keçirdiyini deyən xalq artisti söyləyib ki, 2 dəfə də əməliyyata getməlidir:

“Məndə mədə yırtığı yaranıb. Bronxlarımda ciddi fəsadlar var. Mənə 5-6 mini qıymırlar.

Müraciətim aidiyyəti yerlərə gedib çatmır. Təvzökarlıqdan uzaq olsa da, deyəcəyəm, Azərbaycanda ikinci Şeyx Əbdül Mahmudbəyov yoxdur. Məcbur deyirəm, bu belədir. Axtarsınlar, varsa, gətirsinlər desinlər ki, Şeyx, səndən də yaxşısını tapmışıq”.

Şeyx Əbdül bildirib ki, məmurlar onun evinə gedərək baş çəkməlidir:

“Canımı xilas etmək, əməliyyat olunmaq üçün 5-cə min manat pulu tapa bilmirəm. Müraciətimə baxılmır. Azərbaycanın adlı-sanlı ağsaqqal sənətkarı ilə görüşürsən. O məmurlar durub evimə gəlməlidir.

Mən niyə xlaq, mədəniyyət uğrunda qoyduğum sağlamlığım üçün lazım olan pulu tapa bilmirəm? Axı mən yenə işləyirəm, yenə bu xalqa, mədəniyyətə xəstə-xəstə xidmət edirəm. Millətin əxlaqına, mənəviyyatına dəyər verirəm. Onlardan fərqli olaraq reklam edirəm, xidmət edirəm, tanıdıram”.




Paylaş:


Müəllif : Tarix:
8-02-2022, 13:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər