reklam
Regionxeberlericom.az » Sosial » Kəmaləddin Heydərov bu vəzifəsini itirir? - "Mənə heç nə deməyiblər"

reklam

Kəmaləddin Heydərov bu vəzifəsini itirir? - "Mənə heç nə deməyiblər"


"Mənə hansısa dəyişikliyin olacağı barədə heç nə deməyiblər. Onu bilirəm ki, sabah iclasdır, vəssalam”. Bu sözləri Qaynarinfo-ya Azərbaycan Boks Federasiyasının (ABF) birinci vitse-prezidenti, keçmiş deputat Ağacan Abiyev qurumun prezidenti Kəmaləddin Heydərovun əvəzlənəcəyi barədə iddialara cavab olaraq bildirib.

Ağacan Abiyev əlavə edib ki, ABF-nin prezidenti vəzifəsi müddətlidir: "Federasiyanın prezidenti 4 il müddətinə seçilir. Lakin bu o demək deyil ki, sabahkı iclasda dəyişiklik ola bilər. Olmaya da bilər. Ümumiyyətlə, məndə bu barədə məlumat yoxdur. Heç nə deməyiblər. Sabah gedəcəm iclasa, orada bilinəcək. Mən birinci vitse-prezident olsam da, artıq "pensioner”əm. Yəni, başa düşürsünüz də”.

Ağcan Abıyev federasiyanın vitse-prezidenti Süleyman Mikayılovun da istefa verəcəyi barədə məlumatlı olmadığını deyib. Bəzi iddialara görə, Süleyman Mikayılov ümumiyyətlə federasiyadan istefa verəcək, lakin onun Kəmaləddin Heydərovu əvəzləyəcəyi barədə də məlumatlar var. Ağacan Abıyevin açıqlamasından isə belə anlaşılır ki, federasiyada hansısa ciddi dəyişikliklər gözlənilmir.

Qeyd edək ki, ABF 1924-cü ildə yaradılıb. Kəmaləddin Heydərov 2009-cu ildən federasiyanın prezidentidir. Ağacan Abıyev onun sələfidir. Kəmaləddin Heydərov həm də Fövqəladə Hallar naziridir.




Paylaş:


Müəllif : Tarix:
8-02-2022, 18:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər