ABU-nun Moskva filialına sahib çıxan olacaqmı? - Son qərar məhkəmdə veriləcək
Təqribən 15 sot torpaq üzərində inşa edilən, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (Universitetin sabiq rektoru Elşad Abdullayev bir neçə maddə ilə Azərbaycan tərəfindən axtarışa verilib) (ABU) Moskva filialı ilə bağlı aparılan məhkəmə prosessində son qərarı Rusiya Federasiyasının Saratov Mülki və İnzibati İşlər üzrə məhkəməsinin Kassasiya instansiyası verəcək. Rusiyada yaşayan iş adamı Fuad Rzayevin Bizimxeber.az-a verdiyi məlumata görə, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Moskva filialının qanunsuz tikintisi ilə əlaqədar Moskva vilayətinin Tikintiyə Nəzarət Baş İdarəsi tərəfindən Odintsovo şəhərinin administrasiyasına müraciət olunub və bundan sonra Odintsovo şəhərinin administrasiyası məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Moskva filialının binasının sökülməsi ilə bağlı qərar çıxarılması iddiası ilə çıxış edib: "Fransada siyasi sığınacaq almağa çalışan ABU-nun rektoru Elşad Abdullayev vəkilləri vasitəsi ilə məhkəmə hakimlərini ələ almağa, həmçinin Odintsovo şəhər administrasiyasının gözlədiyi qərarının verilməsi üçün məhkəmə prosesinin yubadılmasına çalışır.
Elşad Abdullayev Çovdarov haqqında şok məlumat yaydıEyni zamanda Rusiyada və Azərbaycanda ABU rəhbərinin əməllərindən zərər çəkmişlər kimi tanınan şəxslərin Rusiya Federasiyasının prezidenti Vladimir Putinə etdikləri müraciətlərdən sonra, ABU-nun Moskva filialı ilə bağlı Saratov Mülki və İnzibati İşlər üzrə Məhkəməsinin Kassasiya instansiyasında baxılması ilə bağlı qərar verilib".
Fuad Rzayev deyib ki, bütün sənədlər Mülki və İnzibati İşlər üzrə məhkəmənin Kassasiya İnstansiyasına göndərilib və işə hansı hakimin baxacağı da məlum olub: "ABU-nun Moskva filialı ilə bağlı iş Saratov Mülki və İnzibati İşlər üzrə Məhkəmənin Kassasiya instansiyasının hakimi A.Y.Ozerovanın icrattına verilib. Məhkəmənin vaxtı isə hələlik bəlli deyil".
Qeyd olunur ki, ABU-nun sabiq rektoru Elşad Abdullayev Universitetin Moskva filialını satmaq üçün erməni iş adamı ilə razılaşıbmış. Lakin bundan xəbər tutan azərbaycanlı iş adamları məsələ ilə bağlı rəsmi Bakı və Moskvaya müraciət etdikdən sonra, onun bu niyyəti baş tutmayıb.
Fəaliyyəti dayandırılmış ABU-nun sözügedən filial 2007-ci ildən 2010-cu ilə qədər keçmiş təhsil naziri Misir Mərdonovun rəsmi məktubu əsasında yaradılıb və filialın yerləşdiyi ərazi hazırda Fransa dövlətinə sığınan Elşad Abdullayevin adına rəsmiləşdirilib: "ABU-nun Moskva filialının inşası təqribən 10 milyon dollara başa gəlib. Rusiyada təhsil ocağı tikmək üçün deklarasiya tələb edildiyini nəzərə alsaq, binanın Elşad Abdullayevin şəxsi vəsaiti hesabına tikilməsi istisnadır" -deyə Fuad Rzayev bildirib: "Elşad Abdullayev müvafiq deklarasiyanı doldurarkən 3 il ərzində xərclənən pulu Təhsil Nazirliyinin vəsaiti kimi təqdim edib.
Məsələdən belə aydın olur ki, Rusiya rəsmiləri məhz bunu əsas gətirərək rəsmi Bakıya ABU-nun Moskva filialına sahib çıxması ilə bağlı müraciət edib. Amma Təhsil naziri əmlaka sahid çıxmaq istəməyib və bu səbəbdən də Rusiyanın müvafiq orqanları ABU-nun Moskva filialının yerləşdiyi binanın sökülməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olublar. İndi ABU-nun Moskva filialının sökülməsi ilə bağlı son qərar Saratovda veriləcək. Bununla da Azərbaycanın 10 milyon dollardan çox vəsaiti bir anlığa havaya sovrulmuş olacaq".
Qeyd edək ki, ABU-nun Moskva filialının tədris korpusunun sahəsi 15 sotdur. Bundan əlavə, Moskva filialının yaxınlığında yataqxana da mövcuddur.
Paylaş: