reklam
Regionxeberlericom.az » Sosial » Sabiq nazir müavini bu vəzifəsini də İTİRDİ

reklam

Sabiq nazir müavini bu vəzifəsini də İTİRDİ


Fevralın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Səhiyyə nazirinin müavini Elsəvər Ağayev Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri vəzifəsini də itirib.

regionxeberlericom.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu vəzifə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsinin sabiq rəis müavini, hazırda Səhiyyə nazirinin müavini olan Rasim İsmayılova tapşırılıb.

Saytın əldə etdiyi digər məlumata görə, qarşıdakı aylarda Elsəvər Ağayevin rəhbərlik etdiyi Farmakoloji və Farmakopeya Ekspert Şurası başqa bir adla yenidən təşkil ediləcək.

Səhiyyə nazirin müavini İlqar Qasımov açıqlamasında bu barədə hələlik heç nə deyə bilməyəcəyini bildirib: “Hazırda başqa işlərlə məşğulam. İki gündür gəlmişəm və gərək bu barədə kimdənsə soruşam”.




Paylaş:


Müəllif : Tarix:
9-02-2022, 10:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər