220 minlik xidməti avtomobildə gəzən icra başçıları və... uşaq pulu gözləyən yoxsullar
Tanınmış iqtisadçı yazar Qadir İbrahimli Kəlbəcər Rayon İcra Hakimiyyətinin “Mercedess Benz S350” model minik avtomibilinin alınması üçün tender elan etməsi barədə sosial şəbəkədə status yazıb. Statusu təqdim edirik:
“Avtomobilin yeni modelinin satış qiyməti 130 min dollardan (221 min manat) başlayır. Təbii ki, bu yalnız Kəlbəcər icra başçısına tanınan hüquq deyil – hər bir rayonun icra başçısı eyni və ya oxşar avtomobildən istifadə edir.
Azərbaycanda 77 rayon, 11 respublika tabeli şəhər (Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax + Naxçıvan MR-in mərkəzi Naxçıvan şəhəri) var. Sadə hesablama ilə bəlli olur ki, 88 rayon və şəhər icra başçılarının təkcə xidməti avtomobilinin toplam dəyəri 19,5 milyondur. Buraya avtomobillərə xidmət xərclərini nəzərə alsaq məbləğ daha da artır. Ancaq siyahı təkcə icra başçları ilə qapanmır. Hər bir icra başçısının ən azı 2-3 müavini var. Düzdür, müavinlərin xidməti avtomobili yəqin ki, bir qədər ucuz olar, ancaq istənilən halda ən azı başçının avtomobilininin dəyərinin yarısı qədər olar. Ən minimal hesablamalarla icra başçıları və onun müavinlərinin xidməti avtomobillərinin toplam dəyəri 50 milyonu ötür.
Bundan başqa, Nazirlər Kabinetinin tərkibinə 33 mərkəzi icra hakimiyyəti orqanı (nazirlik, dövlət komitəsi və xidməti, agentlik) daxildir. Təbii ki, nazirlərin avtomobilləri icra başçılarından ucuz deyil. 33 mərkəzi icra hakimiyyəti başçısının xidməti avtomobilinin dəyəri ən azı 10 milyon manata yaxındır. Nazir müavinlərinin, baş idərə rəislərinin bahalı avtomobillərinin dəyərini də nəzərə alsaq, bu məbləğ bir neçə dəfə artmış olacaq. Üstəlik də bahalı avtomobillərə xidmət xərcləri də yüksək olur və büdcəyə yüklənir.
Təbii sual yaranır – hansı məntiqlə məmurlar büdcə vəsaiti hesabına belə bahalı avtomobillərlə təmin edilməlidir? Minimum əmək haqqı 250, orta aylıq əmək haqqı isə 581 manat olan ölkədə məmurların 220 minlik xidməti avtomobildən istifadə etməsi absurddur. Heç inkişaf etmiş ölkələrin nazirləri belə bahalı avtomobildən istifadə etmir. Yaxşı olar ki, məmurlar 10 dəfə ucuz, dəyər 15-29 min manat olan xidməti avtomobildən istifadə etsinlər, qənaət olunan vəsait hesabına isə aztəminatlı ailələrə uşaq pulunu bərpa etmək olar. Bu həm ciddi bir sosial layihə olar (Konkret.az).
Paylaş:
Müəllif : Yazar
Tarix:1-07-2019, 11:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-07-2019, 11:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29