reklam
Regionxeberlericom.az » Sosial » "Qol çəkdirib, maaşımızı əlimizdən alırlar" - Naxçıvan dindarları

reklam

"Qol çəkdirib, maaşımızı əlimizdən alırlar" - Naxçıvan dindarları


















Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin rəhbərliyinin, dini icmalara ayrılan maddi dəstəyi mənimsədiyi iddia edilir.

Bu barədə “Gündəlik Naxçıvan”a bir qrup dindar məlumat verib.

Şikayətçilər deyir ki, onlara ayrılan pulun yarıdan artığı mənimsənilir. Naxçıvan məscidlərinin birində imam köməkçisi işləyən, təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən dindarlardan biri deyir ki, hər ay ona adi kağıza qol çəkdirib, cəmi 100 manat pul verirlər:

“Mənim maaşım 300 manatdan artıqdır. Maaşımız əslində karta köçürülməlidir. Biz kart üzü görmürük. Adımıza olan kartı ciblərinə qoyub, hər ay pulu çəkirlər. Bir kartın pulunu çəkib 2-3 adam arasında bölüşdürürlər, qalan kartlardakını da ciblərinə qoyurlar. Mən agentliyin bütün tapşırıqlarını təlimat üzrə yerinə yetirir, məciddə fəaliyyət göstərir, hətta vaxtlı-vaxtında iməciliklərdə də iştirak edirəm. Mənim halal pulum niyə kəsilməlidir? Mən tək deyiləm, Naxçıvanda bütün dindarların başına bu oyunu açırlar”.

Bildirilir ki, bu yaxınlarda Agentliyin keçmiş əməkdaşı İntiqam Quliyev də öz “Facebook” səhifəsində buradakı haqsızlıqlarla bağlı məlumat verib. Babək rayon Nehrəm kəndindən olan İntiqam Quliyev deyir ki, bu haqsızlıqlara etiraz etdiyinə görə, aldığı 150 manatı da kəsiblər:

“Mən orta məktəb illərindən başlayaraq kəndimizdə dini fəaliyyət göstərmişəm. Milli, mənəvi və dini dəyərlərimizi təbliğ etmiş, dövlətimizin bütün dini tədbirlərində iştirak etmişəm. 2019-cu ilin yanvar ayından 2020-ci ilin avqust ayınadək imam müavini  kimi 150 manat yardım almışam. Təbii ki, plastik kartla deyil, Babək rayon dini icma sədrinin gətirdiyi ad və soyadlarimiz yazılmış A4 vərəqinə imza atmaqla. Sonradan öyrəndim ki, dövlətimizin verdiyi yardım daha çoxdur. Bu müddət ərzində dini icma sədrinə dəfələrlə etiraz etsəm də, heç bir faydası olmadı. Dedi ki, dini qurumun rəhbərinin də bundan xəbəri var. 10 il MTN-də işləyib, sənin ona gücün çatmaz. Sonda uydurma bəhanə ilə yardımı dayandırdılar”.

Qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi 2017-ci ildə Naxçıvan MR Dini Qurumlarla İş üzrə İdarəsinin əsasında yaradılıb. Bununla bağlı sərəncamı Vasif Talıbov verib.




Paylaş:


Müəllif : Tarix:
10-02-2022, 10:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər