Bayraktarın şirkətində azərbaycanlı mühəndislər də işləyir
Hazırda "Baykar Makina" hərbi sənaye sahəsində dünyada ilk üçlükdə yer alan marka bir şirkətdir. Təxminən bu şirkətdə 3 mindən çox mühəndis işləyir. Dünyanın hər tərəfindən Baykar Makina şirkətində işləyən gənclər var. Həmin mühəndislər arasında azərbaycanlı qardaşlarımız da fəaliyyət göstərir.
Bunu Trend-in suallarını cavablarkən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı deyib.
C.Bağcı qeyd edib ki, Teknofest yeni fikirlərin kəşf edilməsinə şərait yaradan bir yerdir. Bu baxımdan Baykarın Azərbaycanda yeni layihələrə investisiya qoymaq istəyi texnologiyanın inkişafına da yeni bir nəfəs gətirəcək.
"Bu addım həm də gənclərin texnologiyaya marağının artmasına və bu sahənin Azərbaycanda çiçəklənməsinə töhfə verəcək. Səlcuq Bayraktar və komandasının bu mövzuları daha dərindən müzakirə etmək üçün Bakıya gələcəyini bilirik. İlk olaraq Azərbaycanda Texnologiya Kəndi qurulması üçün univesistetlərlə iş birliklərinin olacağı gözlənilir. Yəni, proqram təminatı və istehsalda texniki infrastruktur da tələb olunur ki, bununla əlaqədar olaraq gənclərə ilk öncə nəzəri və praktiki baxımdan universitetlərdə dərslər keçirilməlidir. Yaxın zamanda bu mövzularla əlaqədar ilkin müjdələri Səlcuq Bayraktardan eşidəcəyik", - deyə o əlavə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-02-2022, 17:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər