Fakt var, ancaq ADNSU inkar edir: - "Buster" doza vaksin olunmayanlar univeristetə buraxılacaq?
Xəbər verdiyimiz kimi, Azərbaycanda bəzi universitetlər koronavirus əleyhinə “buster” doza olunmayan tələbələrə dərsə buraxılmayacaqları barədə xəbərdarlıq edib. Bu universitetlərdən biri də Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir (ADNSU). Məlumata görə, məsələni dəqiqləşdirmək üçün ADNSU ilə əlaqə saxladıq. Universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentindən Yenicag.az-a bildirildi ki, universitetin tələbələrdən belə bir tələbi olmayıb.
ADNSU tələbələri isə əksini deyir. Tələbələrin Yenicag.az-a göndərdiyi “buster” tələbli mesajı təqdim edirik:
Göründüyü ki, uiversitet inkar etsə də, belə bir tələb var. Ümid edirik ki, ADNSU rəhbərliyi problemi tez bir zamanda həllinə qovuşduracaq.
Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB yanvarın 26-da vətəndaşlara müraciət edərək yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra “buster” doza ilə peyvəndləməyə çağırmışdı. Lakin bu, çağırış idi. Qurumların çağırışını qanun kimi qəbul edən universitetlər isə açıq şəkildə tələbələrin hüquqlarını pozurlar.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-02-2022, 17:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər