Əczaçılıq bazarına yeni oyunçu gəlir: - Hansı dərmanlar istehsal olunacaq?
Türkiyə şirkəti Azərbaycanın əczaçılıq sahəsinə 100 milyon ABŞ dolları dəyərində investisiya yatırmaq üçün icazə alıb.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.
Onun sözlərinə görə, yaxın zamanda bu sövdələşməyə imza atılacaq:
"Türkiyə və Azərbaycan arasında dərin münasibətlər var. İki ölkə arasındakı əlaqələr getdikcə dərinləşir. İstər hərbi, istər energetika, istərsə də iqtisadi əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Bakıda türk iş adamlarına aid 5 mindən çox kiçik, orta və böyük sahibkarlıq obyektləri var. Yəni 5 min türk iş adamının Azərbaycanda qeydiyyatda olan şirkətləri var. Bunlar Azərbaycanda ticarətin, iş birliklərinin inkişafına töhfə verir. Türkiyə xidmət, turizm, səhiyyə, qida sektorunda öndə olan ölkələr sırasındadır. Türk iş adamlarının Azərbaycanda da bu sahələrdə fəaliyyəti bizim üçün çox önəmlidir. Bu sahələrdə çalışan insanların sərf etdiyi əmək hər iki ölkəyə də ayrı-ayrı məqamlarda töhfələr verir və verəcək".
Cahit Bağcı vurğulayıb ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 15 milyard ABŞ dollara çatdırılması hədəflənir:
“Türk iş adamları da bu məsələyə öz töhfəsini vermək üçün çalışırlar. Azərbaycanın hər bölgəsində yeni iş yerləri yaradılır. Aqrar sahədə, əczaçılıq sahəsində investisiyalar üçün icazələr alınıb və yaxında bu sahədə də yeniliklərə imza atılacaq. Eyni zamanda enerji sahəsindəki iş birlikləri getdikcə böyüyür. Bir sözlə bütün sahələrdə var olmağa çalışırıq. Sentyabr ayında 600-ə yaxın türk iş adamı Beynəlxalq Biznes Forumu çərçivəsində Bakıya səfər etmişdilər. Onların bir qismi yenidən Bakıya gəldilər və bir sıra sahələrdə əməkdaşlıq üçün Azərbaycanda görüşlər həyata keçirdilər".
Səfir qeyd edib ki, iki ölkə arasında illik ticarət dövriyyəsi hazırda 4 milyard ABŞ dollarını keçib və yaxın zamanda bu rəqəmin daha da yüksələcəyi gözlənilir.
Qeyd edək ki, iki ölkənin bu sahədəki əməkdaşlığı Azərbaycanda dərman istehsalının inkişaf edəcəyinə dair ümidləri artırır. Dərman tələbatının 90 faizi xarici bazar hesabına ödənilən Azərbaycan üçün bunu müsbət addım kimi qiymətləndirmək də doğru olardı.
Maraqlıdır, ölkəmiz artıq keyfiyyətli və eyni zamanda ucuz dərman istehsalı dövrünə keçəcəkmi? DİA.AZ-ın məlumatına görə, farmakoloq Aydın Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, bu sahədə yeni ümidlər yaranır:
“İnanıram ki, artıq Azərbaycan da keyfiyyətli və ucuz dərman istehsal edə biləcək. Məhsulun istehsalında özümüz iştirak ediriksə, hər halda keyfiyyətsiz mal istehsal etmərik. Özü də bu təkcə dərman istehsalı ilə bağlı bir yenilik deyil. Həm də virusoloq, əczaçılar, həkimlər üçün yeni iş yeri açılır. Bundan əlavə, geniş laboratoriyalar açılacaq, o cümlədən Azərbaycanın sərvətlərindən dərman sənayesində istifadə ediləcək. Azərbaycan Tibb Universitetinin alimləri olaraq hər zaman demişik ki, ölkənin təbii sərvətlərini dərman istehsalına da yönləndirə bilərik. Bu qapılar artıq açılır.
Vətən Müharibəsindən öncə belə bir plan vardı ki, ölkədə iki zavod açılsın. Lakin bu məsələ müharibə səbəbilə dayanmışdı. Artıq qardaş Türkiyə ilə birgə bu məsələnin həll olunmağı çox uğurlu olacaq. Türkiyə Azərbaycan istənilən sahə, o cümlədən dərman, tibb sahəsi üzrə keyfiyyətli iş görəcək. Hesab edirəm ki, bizim alimlərimizin də oradakı işləri uğurlu olacaq".
Paylaş:
Müəllif : Yazar
Tarix:14-02-2022, 17:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər