reklam
Regionxeberlericom.az » Sosial » Şəhid ailəsi üçün nəzərdə tutulan ev xanımına niyə verilmir? – VİDEO

reklam

Şəhid ailəsi üçün nəzərdə tutulan ev xanımına niyə verilmir? – VİDEO


















Şəhid mayor Ruslan Cəfərovun xanımı Nəzakət Əliyeva ona verilən evin geri alındığını iddia edir.

Bu barədə N. Əliyeva “İTV”yə müraciət edib.

Bildirilir ki, mayor R. Cəfərov şəhid olduqdan sonra həm Nəzakət xanıma, həm də onun birinci həyat yoldaşından olan 18 yaşlı oğluna ev verilməsi nəzərdə tutulub. Amma sonradan ev Nəzakət xanıma yox, şəhidin oğluna təqdim olunub.

N. Əliyevanın sözlərinə görə, həyat yoldaşı şəhid olduqdan sonra qayınatası tərəfindən onlara hədiyyə olunan evdən də çıxarılıb. Buna səbəb qayınanasının həmin evi satışa çıxarması olub. İndi dərzi işləyən nəzakət xanımın həm evi, həm də iş yeri yalnız zirzəmidir.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin müdir müavini Yunis İsmayılov bildirib ki, şəhid R. Cəfərovun övladı Raul Cəfərli və ikinci həyat yoldaşı N. Əliyeva yaşayış sahəsinə ehtiyacı olan qisimdə uçota alınıblar:

“Şəhidimizin övladı Raul Cəfərli mənzillə təmin edilib. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan Mənzil Məcəlləsinə əsasən, şəhid ailə üzvünə təqdim edilmiş mənzil onların bütün ailə üzvlərinin yaşaması üçün nəzərdə tutulub”.

Qurum rəsmisi sözlərinə əlavə edib ki, iki ailə bir yerdə yaşasın.

Qeyd edək ki, şəhid mayor R. Cəfərov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.




Paylaş:


Müəllif : Tarix:
16-02-2022, 10:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər