“Biz Ermənistanla əməkdaşlığa getməliyik” - Elman Nəsirov belə deyir...
“Avronestin İrəvanda keçiriləcək iclası ilə bağlı erməni ekspertlər, deputatlar artıq öz mövqelərini ortaya qoyurlar. Onlar qeyd edirlər ki, Azəbaycan tərəfinin bu tədbirdə iştirakı gözlənilir. Eyni zamanda onların bu prosesi təqdir etdiyi də sezilməkdədir. Hesab edirəm ki, bu çox müsbət tendensiyadır”. Bu fikirləri Bizim.Media-ya müsahibəsində millət vəkili Elman Nəsirov qeyd edib.
Belə ki, Fevralın 21 və 22-də Avronestin İrəvanda keçiriləcək iclasına Azərbaycan nümayəndə heyətinin qatılacağı ilə bağlı erməni mediasında yayılan məlumatları şərh edən deputat bu məsələni tərəflər arasında etimadın yüksəldilməsi nöqteyi-nəzərindən müsbət qiymətləndirib.
“Etimad mühiti olmadıqda, nə sərhədlərin delimitasiyası, nə kommunikasiyaların açılması, nə də sülh müqaviləsinin imzalanması baş tuta bilmir. İnsanlar bir-birinə düşmən kimi baxmamalıdırlar.
Bu baxımdan, kövrək də olsa əməkdaşlıq mühiti formalaşmaqdadır. Artıq dövlət başçıları səviyyəsində bu təmaslar var və deputatlar arasında təmasların yaradılması da müsbət haldır”, - deyə Elman Nəsirov qeyd edib.
Millət vəkili sülh müqaviləsinin imzalanması üçün bu cür təmasların qurulmasının vacibliyini də diqqətə çatdırıb:
“Avronestin məlum toplantısı səviyyəsində təmasların qurulması post-müharibə dönəmindəki sülh prosesinə töhfələr verə bilir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik. Təbii ki, bunun üçün tərəflər arasında bu cür təmaslar çox faydalıdır”.
Elman Nəsirov bu cür müsbət tendensiyanın davamı olaraq gələcəkdə, Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərə Ermənistan nümayəndələrinin gəlməsi ehtimalını da yüksək dəyərləndirib:
“Kövrək addımlar nəticə etibarılə etimad mühitinin formalaşdırılmasına xidmət edirsə, deməli bu qarşılıqlı olmalıdır. Təbii ki, Azərbaycanda da analoji tədbirlər çərçivəsində erməni nümayənde heyətinin gəlişi baş verə bilər. Biz əbədi qonşularıq və əbədi düşmənçilik də mümkün deyil. Amma burada cənab Prezidentin sözləri də bizim üçün böyük əhəmiyyət kəsb edir:
“Biz sülh müqaviləsini imzalamaq istəyirik, lakin ermənilərin törətdiyi vandal, barbar hərəkətləri, onun ağır nəticələrini heç zaman unutmamalıyıq”.
Bu çox mühüm nəticədir. Və biz eyni zamanda Ermənistanla əməkdaşlığa da getməliyik. Regionun sabahı bunu tələb edir. Amma eyni zamanda tariximizi də unutmamalıyıq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-02-2022, 09:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər