“Mövlam Şıxəliyevin də öz ”akula"ları olub" - sensasion gəlişmə
“Məni oğrudan oğruya, quldurdan quldura, cinayətkardan cinayətkara şikayət etməyə məcbur edirlər. Çoxsaylı şikayət və ərizələrimə baxmayaraq, prokurorluq orqanı açıq şəkildə mənə qarşı törədilən cinayəti tam araşdırmaqdan yayınır”.
Bu sözlər Azərbaycan vətəndaşı Sərdar İsmayılovun ölkə rəhbərliyinə ünvanladığı, surəti redaksiyamıza göndərilən məktubundan götürülüb. Məktub müəllifinin yazdıqlarından belə aydın olur ki, MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev də sabiq şefi Eldar Mahmudov kimi, şəxsi maraqlarını təmin etmək üçün işverənlərin xidmətlərindən istifadə edib.
Məktubda, həmçinin, qeyd edilir: “Əgər Eldar Mahmudov sahibkarları çökdürmək üçün ”Akula Akif" ləqəbi ilə tanınan, hazırda iş üzrə axtarışda olan Akif Mustafayevin xidmətlərindən istifadə edirdisə, Mövlam Şıxəliyevin də özünün “akula akif”ləri vardı. Bu adamların işi “Binə” və “Sədərək” bazarlarında sahibkarlar haqda məlumat toplamaq, həmin məlumatları MTN əməliyyatçıları Elşən və Mehman vasitəsilə Mövlam Şıxəliyevə ötürməkdən ibarət idi. Mənim Çinlə ticari əlaqələrim vardı. “Sədərək” bazarında Mövlam Şıxəliyevin “akulaları” Çingiz Yəhya oğlu Ağayev və Yaşar Ülvü oğlu Cabbarov haradansa bizim Gürcüstandan İrana mal apardığımızı öyrənmişdilər. Bu məlumatı Mövlam Şıxəliyevə çatdırandan sonra qərara gəliblər ki, bizi tutdursunlar, malımızı əlimizdən alıb satsınlar və özümüzdən də pul qoparsınlar. Belə də etdilər.
2013-cü ilin mart ayında Çin Xalq Respublikasından Gürcüstan Respublikasında satmaq üçün “skotç” və pirotexnik mallara aid fişənglər gətirdim. Lakin həmin malların Gürcüstan Respublikasında satışında problemlər oldu. Məsləhətləşmələr apardıq, məlum oldu ki, pirotexnika mallarının Azərbaycana gətirilməsi qadağandır. Ona görə də pirotexnik malların tam həcmdə satışında heç bir məhdudiyyət və qadağa qoyulmayan İran İslam Respublikasına aparıb orada satmaq qərarını verdim. Gürcüstanın yerli gömrük orqanında Azərbaycan ərazisindən tranzit yolla keçməklə İrana aparılması barədə tam gömrük sənədləşəməsi aparıldı. Mallar Azərbaycan sərhədini keçəndən sonra yerli gömrük orqanının əməkdaşları tərəfindən müşayiət altına alındı və gömrükçülərin nəzarəti altında 7 sentyabr 2013-cü il tarixdə Astara gömrük postuna yola salındı. Lakin mallar Qazax ərazisində MTN-in əməliyyatçıları tərəfindən saxlanıldı. Malı müşayiət edən gömrükçülər malın nəzarətləri altında olduğunu dedilər. MTN-çilər isə israr edirdilər ki, guya malların içində qaçaqmal var. Mallarımızın olduğu maşın MTN-çilər tərəfindən əvvəlcə zorla Qazax ərazisindəki dayanacağa aparıldı. Orada mallar tam qanunsuz olaraq maşından yerə boşaldılıb gömrükçülərin nəzarəti altında sayıldı. Məlum oldu ki, MTN-çilərin iddia etdikləri qaçaqmal maşında yoxdur və rəsmi gömrük sənədlərində göstərilən mallarla sayılan malların sayı eynidir. MTN-çilər isə sakitləşmədilər. Zorla, gömrükçülərlə az qala əlbəyaxa olmaqla mallarımızı Bakıya gətirdilər. Bizləri də tutub MTN-ə gətirmişdilər. 3 gün saxlayandan sonra Mövlam Şıxəliyevin vəsatəti, o dövrdə baş prokurorun 1-ci müavini olan Rüstəm Usubovun təqdimatı ilə Səbayel Rayon Məhkəməsi barəmizdə 3 aylıq həbs-qətimkan tədbiri seçdi. Bizi faktiki olaraq girov götürdülər və bizim qara günlərimiz başladı. Həbsdə olduğumuz dövrdə Mövlam Şıxəliyev Gömrük Komitəsinə bir sorğu yazmışdı. Bizə məxsus malların qaçaqmal olmasını təsdiqləmək, özlərinin cinayətlərinə Gömrük Komitəsini də şərik etmək istəyirdi. O zaman Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev Mövlam Şıxəliyevin sorğusuna cavab yazmışdı. Əsgər Abdullayev məktubunda Mövlam Şıxəliyevə yazırdı ki, cinayətkar sizsiz, MTN əməkdaşları! Azərbaycan dövlətinin qoşulduğu yük daşımaları haqda beynəlxalq daşımalara qanunsuz olaraq müdaxilə etmisiz. Bununla bilərəkdən, qəsdən cinayət törətmisiniz! Buna baxmayaraq, bizə qarşı qanunsuzluq bu məktubdan sonra da davam etdirilib. Bizləri qanunsuz olaraq həbsdən azad etməyiblər. Bizdən babat məbləğlərdə rüşvət qopara bilmək üçün hamımızın barəsində həbs-qətimkan tədbiri seçmişdilər. Zakir Qaralov, Rüstəm Usubov bu cinayətə əllərini bulaşdırıb və bizim qanunsuz həbsimizə, girov götürülməyimizə, pulumuzun, malımızın alınmasına birbaşa şərait yaradıblar.
“Mövlam Şıxəliyevin və Yasin Məmmədovun bircə tələbləri vardı”
MTN-in zindanında oldugumuz müddətdə Mövlam Şıxəliyevin və Yasin Məmmədovun bircə tələbləri vardı - pul ver, səni azad edək. Pul verməsən burada çürüyəcəksən!
Mənə tam aydın şəkildə məlum oldu ki, Mövlam Şıxəliyev və onun cinayət ortaqları Çingiz Ağayev və Yaşar Cabbarov öz aralarında qərara gəliblər ki, bizi tutsunlar, malımızı əlimizdən alıb satsınlar və özümüzdən də pul qoparsınlar.
İstintaq zamanı bizə sonsuz təzyiqlər göstərirdilər. Hətta mənim şəxsi telefonumun kitabçasında adları olanları çağırıb incidiblər. Mənə borcu olan bazar adamlarına hədə-qorxu gəlib pullarını alıblar. Yasin Məmmədov məndən 50 min dollar, üstəlik 2 min manat, Orxan Elman oğlu Abdullayevdən 50 min manat, Əfsəl Xanlar oğlu Həsənəliyevdən 32 min manat, Cahangir İbrahim oğlu Məmmədovdan isə 80 min manat pul aldılar. Yerdə qalan 2 nəfər - Elman Məsimov və Məcid Anqubazovu isə pulları olmadığına görə 1 il qanunsuz həbsdə girovda saxladılar. Elman Məsimovu və Məcid Anqubazovu istintaqda döyüb olmazın işgəncə veriblər. Məcbur ediblər yalan ifadələr versinlər. Özlərini və bizləri şərləsinlər.
Mövlam Şıxəliyev, Yasin Məmmədov və digəriləri Cahangir Məmmədovu çox ağır duruma salmışdılar. O, bizə qarşı cinayət törədən mütəşəkkil cinayətkar quldur dəstənin tələb etdiyi məbləği verə bilmək üçün evini banka qoyub pul götürmüşdü. Onu da bizim kimi xəstəlik adı ilə azad etsələr də, öz cinayətlərini ört-basdır etmək üçün işi də məhkəməyə göndərmişdilər. İşə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Kəramət Əliyev baxdı. Bizlərdə hakimin rüşvətlə bağlı səs yazıları da var. Hakim məndən 26 min manat almışdı. Məndən aldıgı pulu sonradan geri qaytarmışdı və bu faktı təsdiq edən səs yazısı da var. Cahangir Məmmədovdan 10 min manat alıb, üstəlik, onu 10 min manat da cərimələmişdi. Cahangir Məmmədov çox ağır maddi çətinliklərlə üz-üzə qalmışdı. Cahangir Məmmədov qanunsuz məhkəmədən sonra bank faizlərinə görə damarlarını doğradı. Həkimlər xilas etdi. Cahangiri o duruma salmışdılar ki, bu dəfə də ürəyinə bıçaq zərbəsi yetirdi. Lakin ölmədi, sağ qaldı. Əməliyyatdan sonra ayılıb sağ qaldığını görən Cahangir Məmmədov özünü Bakı şəhərində Nizami rayonundakı xəstəxananın 5-ci mərtəbəsindən yerə atdı, dünyasını dəyişdi. Onun 2 övladı, ailəsi evsiz-eşiksiz qaldı. Cahangir Məmmədovun qanı şərəfsiz Mövlam Şıxəliyev, Yasin Məmmədovun vicdanındadır".
Vətəndaş deyir ki, həbsdən azad ediləndən sonra ondan zorla alınan mallarının harada olmasını araşdırıb: “Öyrəndim ki, bizləri qanunsuz olaraq həbs edəndən sonra qanunsuz, qaçaqmal elan etdikləri 650 min manat dəyərində olan mallarımızı özləri aparıb satıblar!
MTN-çilər malı qaçaqmal elan edib ələ keçirdi və satdı! Pirotexnik malları aparıb əvvəlcə Yasamal rayonu ərazisindəki “Range-Rover” avtosalonunun arxasındakı MTN-in anbarına yerləşdirmişdilər. Bundan sonra Mövlam Şixəliyev pirotexnik mallarımızı Çingiz Yəhya oğlu Ağayevə, Yaşar Ülvü oğlu Cabbarova ötürmüşdü. Bu adamlar da malların MTN anbarından daşınmasını öz tabeliklərində işləyən Söhrab Abdulla oğlu Mehdiyevə tapşırıblar. O da pirotexnik malları MTN-in əməkdaşlarından, sonradan satılması üçün qəbul edib. Söhrab Mehdiyev bu işə yanında fəhlə qismində işləyən qardaşı oğlu, 2 dekabr 1988-ci ildə Masallı rayonu, Tiyaqani kəndində anadan olmuş Camal Beytulla oğlu Mehtiyevi də cəlb edib. Ona həmin pirotexnik malları gətirməsi üçün 2 yük maşını kirayələməyi və həmin ünvana getməyi tapşırır. Camal Mehtiyev dərhal bu göstərişin icrasına başlayır və əvvəlcə Xırdalan dairəsində 2 “Ateko-Mersedes” (Az 90 TL 457 və Az 90 TX 254) markalı yük avtomaşınlarını kirayələyərək, pirotexnik malların dalınca həmin anbara - MTN-in xüsusi təyinatlılarına məxsus idarənin həyətinə gəlir. Orada onu həyətə buraxmadıqda, Çingizlə əlaqə saxlayır və Çingiz telefonda Camala bildirir ki, de ki, mən Adil müəllim dediyi adamam. Camal Adil müəllimin adını çəkəndən sonra onu kirayələnmiş avtomaşınlarla birlikdə, giriş-çıxışda qeydiyyatlar aparılmaqla içəri - MTN-ə məxsus idarənin həyətinə buraxırlar. Camal Mehtiyev içəri keçərkən şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün Söhrab Mehtiyevin şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçir. Bundan sonra Söhrab Mehtiyev özü də anbarın ərazisinə gəlir. Orada MTN əməkdaşları “KAMaz” markalı avtomaşını onlara göstərərək bildirirlər ki, qapını açıb malı götürə bilərlər. Onlar avtomaşının arxa qapısının üzərində olan asma qıfılı MTN əməkdaşlarının icazəsi və göstərişi ilə qırıb qopararaq, malları gətirdikləri avtomaşınlara yükləməyə başlayırlar. Mal çox olduğundan Söhrab Mehtiyev gələrkən qardaşı Beydullanı, qayınları Xalid, Alxas Nuriyevləri, Alxasın oğlu Ramal Nuriyevi, Alxasın yeznəsi Elxanı özü ilə gətirib. Onlar birlikdə malları kirayələnmiş maşınlara yükləyiblər.
Mənə məxsus malları düşmən malını ələ keçirən kimi bizə qarşı cinayəti davam etdiriblər!!!
Bu zaman MTN-in Mehman adlı əməliyyatçısı onlara yaxınlaşaraq, həmin fişənglərdən öz şəxsi istifadəsi üçün bir qutu istəyib və götürüb. Orada olan digər MTN əməkdaşlarından hər biri buna baxaraq özü üçün 1-2 qutu fişəng götürüblər. Hətta bəzi tamahgirlər 5 qutu fişəng, xırda pirotexnik mallar götürüblər. Mənə məxsus malları ələ keçirən dəstə bu şəkildə, düşmən malını ələ keçirən kimi bizə qarşı cinayəti davam etdiriblər. Malların pulu Çingiz Ağayev, şəriki Yaşar Cabbarovun əli ilə şəxsən Mövlam Şixəliyevə çatdırılıb.
Kənardan bu işlərə baxan Mehman adlı MTN əməkdaşı malı boşaldan şəxslərə gülə-gülə demişdi ki, “Çingiz bizim qardaşımızdır, aparın satın, kef eyləyin!”
Malları yükləyib qurtarandan sonra malların yüklənməsində iştirak edən şəxslərin hamısı mallarla birlikdə Dərnəgüldə Çingizin cinayət ortağı olan Yaşar Ülvi oğlu Cabbarova məxsus “BAXİ” mağazasının arxasında yerləşən anbara gələrək, malları orada həmin anbara boşaltmışdılar".
“Orada günlərlə ac-susuz saxlayıb döymüşdü”
Zərərçəkən qeyd edir ki, ona məxsus olan və cinayət yolu ilə ələ keçirilən mallar boşaldıldıqdan sonra Çingiz Ağayev anbarda malları saydırıb: “O zaman bəlli olub ki, mallarda əskiklik var. Bunu Söhrab Mehtiyevə irad tutub. O da qardaşı oğlu Camalı Bakıxanov qəsəbəsində yerləşən və hazırda Vüqar Ülvi oğlu Cabbarovun adına rəsmiləşdirilən hamama - o zaman yarımtikili idi, ora aparıb. Söhrab Mehtiyev qardaşı oğlunu orada günlərlə ac-susuz saxlayıb döymüşdü. Hətta dişini də sındırmışdı. Camal Mehtiyevin əlində dişinin sındırılması haqda həkim rəyi də vardı.
Mən həbsdən azad ediləndən sonra Camal Mehtiyevlə görüşdüm. O, mallarımın Çingiz Ağayevlə Yaşar Cabbarova məxsus anbara daşınması, oradan kimlərə satış üçün verilməsi haqda tam məlumat verdi. Mənə mallarımın anbarda olmasını təsdiq edən fotoşəkilləri də təqdim etdi. Həmin fotoşəkilləri də məhkəməyə təqdim edirəm. Bizə qarşı qondarma canayət işində mənə məxsus malların üzərindəki kodlarla həmin anbardakı qutuların üzərindəki kodlar dəqiqliyi ilə üst-üstə düşür.
Bu gün də bizə qarşı cinayətdə iştirak etmiş Çingiz Ağayev və onun şəriki Yaşar Cabbarov cinayət məsuliyyətindən kənarda saxlanılırlar. Satılan malların pulu 400 min dollardan yuxarı olub. Çingiz Ağayev və onun şəriki Yaşar Cabbarovun əli ilə həmin pul şəxsən Mövlam Şixəliyevə çatdırılıb. Çingiz Ağayevlə Ülvi Cabbarov şəxsən Mövlam Şıxəliyevin bazardakı 1 nömrəli adamları olub.
Ölkə rəhbərliyindən xahiş edirəm ki, bizdən zorla alınan malımızın harada olmasının müəyyən edilməsi üçün Baş Prokurorluğa tapşırıq verilsin, malımızı qaytarsınlar. Bizə qarşı cinayət törətmiş, lakin bu gün istintaqa cəlb olunmayan keçmiş baş prokuror Zakir Qaralov, onun 1-ci müavini olmuş Rüstəm Usubov istintaqa cəlb olunsunlar, cəzalarını alsınlar".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:17-02-2022, 10:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər