reklam
Regionxeberlericom.az » Sosial » Ağdamın icra başçısı BUNLARI GÖRMÜRMÜ? - İLGİNC İDDİALAR...

reklam

Ağdamın icra başçısı BUNLARI GÖRMÜRMÜ? - İLGİNC İDDİALAR...


Bir müddət əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam şöbəsində növbəti dəfə çağırıcını tapmaq problemə çevrilib. Növbəti dəfə deyirik, çünki belə halların Ağdamda ilk dəfə baş vermədiyi bildirilir.

Məlumata görə, Xeberfakt.az bildirir ki, bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Ağdamda çağırışçıların qeydiyyata alınması zamanı maraqlı və maraqlı olduğu qədər də inanılmaz bir hadisə baş verib. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam şöbəsinin əməkdaşları Qarvənd kəndindən olan çağrışçını nə qədər axtarsalar da tapa bilməyiblər. Araşdırmalar zamanı məlum olub ki, belə bir adam ümumiyyətlə yoxdur və olmayıb da. Məlum olub ki, Qərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ədalət Məmmədov dövlətdən “çörək pulu” almaq üçün bir çox “şəxsləri” saxta sənədlərlə “doğurub” və 17 il müddətində saxta “doğum şəhadətnaməsi” verdiyi şəxslərin “çörək pulunu” mənimsəyib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam şöbəsi olmayan çağırışçının “sənədlərini” Ağdam rayon prokurorluğuna yollayıb. Lakin bilinməyən (ya da bilinən) səbəblərdən həmin iş Ağdam rayon prokurorluğunda itə-bata düşüb.

Mənbə bilidirib ki, belə hallar təkcə Qərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə əlaqədar baş verməyib. Ağdamın bir çox kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə baş verib. Ümumiyyətlə isə Ağdam icra nümayəndələrinin bir çoxunun “çörək yerlərindən” biri də saxta şəhadətnamələrlə “dünyaya gətirdikləri uşaqların “çörək pulu” olub. Hətta bu işlərdə daha əvvəl icra nümayəndəsi olan, hazırda Ağdam rayon İcra Hakimiyyətinin müavini vəzifəsində çalışan Arzu Rəhimovanın da adının keçdiyi bildirilir.

Maraqlıdır ki, saxtakarlıq aşkarlandıqdan sonra Ədalət Məmmədov işdən azad edilsə də, bu günlərdə Ağdamın icra başçısı Vaqif Həsənovun əmri ilə yenidən Qasımbəyli qəsəbə nümayəndəliyinə müavin təyin olunub. Onun yaxın aylarda Baharlı qəsəbəsinə icra nümayəndəsi qoyulacağı da bildirilir. Bunun üçünsə Ədalət Məmmədovdan 25 min manat xərc çəkdiyi qeyd olunur…





Paylaş:


Müəllif : Tarix:
17-02-2022, 12:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər