reklam
Regionxeberlericom.az » Sosial » Etibar Əliyevdən Tahir Kərimlinin videosuna reaksiya: - “Qorxaraq çəkibsə, səhv edib”

reklam

Etibar Əliyevdən Tahir Kərimlinin videosuna reaksiya: - “Qorxaraq çəkibsə, səhv edib”


Cəmiyyətdə geniş rezonans doğuran görüntülərin ardından Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli ölümlə hədələnməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Bu barədə deputatın qardaşı Fəxrəddin Kərimli məlumat verib. Tahir Kərimlinin hazırda ürəyində problem olduğu, ona dərman verildiyi deyilib. Qeyd edək ki, T. Kərimli dünən “Facebook” üzərindən canlı yayımda ölümlə təhdid edildiyini bildirib. Daha sonra video onun səhifəsindən silinib.

Maraqlıdır, deputatlar son zamanar nəyə görə hədələnir? Bir müddət öncə Elman Nəsirov da bu tip hədə ilə üzbəüz qalmışdı. Cebhe. info-ya danışan deputat Etibar Əliyev mövzuya münasibət bildirib. O, bildirib ki, deputat həmkarı kifayət qədər emosional adamdır:

“Biz bunu bilirik. Həm də Tahir müəllim kifayət qədər böyük siyasi təcrübə keçmiş şəxsdir. Mən bunu təhlil etmək istəmirəm. Sadəcə videonun bu qədər də şişirdilməsini, ələ salmaları da qəbul etmirəm. Yaşadığımız indiki hüquqi dövlətdə tez- tez təhdid edilmə ilə bağlı səsləndirilən fikirlərlə razı deyiləm. İnsan istər deputat olsun, istərsə də adi vətəndaş, düşünürəm ki, bir az cəsarətli olmalıdır. Kimsə onu təhdid edə bilər. Bir az bu məsələlərə soyuq başla yanaşmaq lazımdır. Təkcə o video deyil, məsələn, mənim demədiyim fikirləri çərçivəyə alaraq, bəzi şəxslər tərəfindən tərbiyəsiz ifadələr işlədirlər. Sosial şəbəkələr elə platformadır ki, sonradan bunları sübut etmək çətinləşir. Bu cür məsələrə müəyyən səviyyədə, anlayışla yanaşmaq lazımdır. 1990- cı illərdə parlamentdə tanınmış bir siyasətçi əlində siqaretini fırlada- fırlada fikir söyləyirdi. Ola bilsin ki, bu, onun vərdişi idi. Bunu şişirtməyi düzgün saymıram”.

Deputat bildirib ki, əgər yazı yazırsansa, fikir söyləyirsənsə, gərək qorxmayasan: “Şəxs olaraq tez- tez gündəmə gətirmək lazım deyil ki, məni ölümlə hədələyirlər, təhdid edirlər. Araşdırılsa ki, bunlar trollardır, real adamlardır, bu zaman nəsə demək olar. Müəyyən qrup var. Burada insanları təhdid də edirlər, söyüş də söyürlər. Qorxmaq lazım deyil. Öldürməklə təhdid edilməyi qabartmaq doğru deyil. Hətta mənim profilimi yaramaz biri oğurlayıb, istifadə etmişdi. Əgər bu yolu gedirsənsə, hesab edirəm ki, qorxmağa ehtiyac yoxdur. Tahir müəllim əgər qorxaraq video çəkibsə, səhv edib”.




Paylaş:


Müəllif : Tarix:
17-02-2022, 17:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər