reklam
Regionxeberlericom.az » Sosial » "Onların milliyyətcə azərbaycanlı olub-olmadığını deyə bilmərik" - Ermənistanda KİM EV ALIB AXI...

reklam

"Onların milliyyətcə azərbaycanlı olub-olmadığını deyə bilmərik" - Ermənistanda KİM EV ALIB AXI...


Azərbaycan vətəndaşlarının Ermənistanda 6-dan çox mülklərinin olduğu barədə bir neçə gündür ki, mətbuatda məlumatlar yer alıb. Belə ki, Ermənistan Daşınmaz Əmlak Kadastrının yaydığı məlumata görə, azərbaycanlıların Ermənistanda ən azı 6 mülkü var:

"2010-2021-ci illərdə Ermənistanda Azərbaycan vətəndaşları daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 6 əməliyyat həyata keçirib", - qurumun hesabatında deyilir. Daşınmaz Əmlak Kadastrının məlumatına görə, Azərbaycan vətəndaşları 2012 (2), 2018, 2019-cu illərdə Ermənistanda mənzil alıblar. Digər 1 mənzil hədiyyə olaraq alınıb (2012). Bundan əlavə, 1 ictimai əhəmiyyətli obyekt alınması da qeydə alınıb. Qeyd edək ki, söhbət etnik mənsubiyyətindən yox, Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir.

"Onların milliyyətcə azərbaycanlı olub-olmadığını deyə bilmərik", - deyə Daşınmaz Əmlak Kadastrından bildirilib. DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Bizimyol.info saytına danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, bu mənzillərin çoxu Birinci Qarabağ Müharibəsindən əvvəl alınıb: “Bu gün istənilən Azərbaycan vətəndaşı özünün istədiyi hər hansısa ölkədə daşınmaz əmlak ala bilər. Onun həmin ölkədə daşınmaz əmlakının olub-olmaması ilə bağlı o ölkəyə sorğu göndərilmədikcə, təbii ki, Azərbaycan hökumətinin o mülklərdən xəbəri ola bilməz. Çünki hər ay statistik rəqəmlər göstərilir ki, məsələn, bu ay Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil aldı. Türkiyə hökuməti Azərbaycan vətəndaşlarının mənzil alması barədə Azərbaycana sorğu göndərir. Ancaq digər ölkələrdə bu, belə deyil. Həmin ölkələrdə sorğu göndərilmir. Təbii ki, Azərbaycan vətəndaşlarının Ermənistanda mənzil alması təəssüf doğursa da, reallıq ondan ibarətdir ki, həmin evlər müharibədən öncə alınıb. Yəni Qarabağın Ermənistan tərəfindən işğal olunduğu bir dövrdə bu məsələ gerçəkləşib.

Əlbəttə, Azərbaycan vətəndaşları dövlət xətti ilə rəsmi səfərlər etməklə Ermənistanda olublar. Amma hər hansısa vətəndaşımızın Ermənistanda İkinci Qarabağ Müharibəsindən sonra mənzil almasına elə də inanmıram. Çünki bu, olduqca riskli yanaşma olardı. Həm də Ermənistan hökuməti buna razılıq verməzdi. Başqa bir tərəfdən baxsaq, bu gün paytaxt Bakıda otuz mindən çox milliyyətcə erməni olan Azərbaycan vətəndaşları yaşayır və böyük ehtimalla həmin mənzilləri alan şəxslər həmin vətəndaşlarımızdır. Mənzillərdən biri də hədiyyə olunub. Bu, yəqin ki, ordakı hansısa qohumları tərəfindən gerçəkləşdirilib. Çünki bir mənzilin bağışlanma yolu ilə verilməsi, həm də həmin şəxslərin qan qohumluğunun olduğuna da işarədir. Yaxud da, həmin ev, ola bilsin, dövlət tərəfindən hədiyyə edilib. Təbii ki, indiki vaxtda Azərbaycan vətəndaşının Ermənistanda özünə mənzil alması araşdırma tələb edən bir məsələdir. Onu araşdırmaq, elə də çətin deyil. Çünki bir vətəndaş digər bir ölkəyə gedərkən, onun xarici pasportuna möhür vurulur. Bununla da onun gedib-gəldiyi ölkələr müəyyən olunur”.




Paylaş:


Müəllif : Tarix:
18-02-2022, 15:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər