AQTA-nın yanlış qida təhlükəsizliyi siyasəti – AİİB sədri ETİRAZ EDİR
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda süd məhsulları istehsalı müəssisəni bağlayıb.
AQTA-dan verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Ramazanov Mehman Mahir oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisədə xammalların qəbulu və işçilərin istehsala girişi eyni qapıdan həyata keçirilir. Bütün istehsal prosesləri eyni sahədə aparılır. Eyni zamanda müəssisənin hazır məhsul anbarında bir sıra məhsulların üzərində markalanmanın aparılmadığı, digərlərində isə istehsal tarixinin bir gün əvvələ vurulduğu, istifadəsi ilə bağlı etiket məlumatlarında qeydiyyatı aparılmamış və istehsal prosesində resepturada göstərilməyən qida əlavələrindən istifadə olunduğu və istehsal tarixi göstərilməyən yumurtalar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Azərbaycanda qida sektoruna nəzarət etmək üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Qurumun keçirdiyi monitorinqlər nəticəsində dəfələrlə qida, içki hazırlanmasında qanunauyğunluğun pozulduğu aşkarlanıb.
Süd və süd məhsullarından isə əsasən azyaşlıların qidasında istifadə olunduğunu, eyni zamanda, yararlılıq müddətinin daha tez bitdiyini nəzərə alsaq bunların hazırlanmasında nöqsanlar bağışlanmazdır.
Bəs istehlakçı alacağı süd məhsullarının süddən, yoxsa quru süddən hazırlanması haqqında məlumat əldə edə bilərmi? Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, istehlakçıya məhsulun tərkibi haqqında düzgün məlumat vermirlər:
"İstehlakçının məhsul haqqında istənilən məlumatı əldə etmək hüququ var. Lakin lazım olan məlumatı ya vermirlər, yaxud da səhv informasiya verirlər. Süd məhsullarının başına oyun açırlar, marqarin qarışdırırlar, insanların bilmədiyi yağ əldə edirlər".
Birliyin sədri hesab edir ki, istehsalçılara kömək etmək lazımdır:
"AQTA-nın istehsal müəssisələri ilə belə radikal davranmasının tərəfdarı deyiləm. Həmin qurum kömək eləməlidir ki, onlar ayaqüstə dura bilsinlər. O istehsal məhdudlaşdırılmalıdır, həmin mallar dükanlardan geri çağırılmalıdır. AQTA isə bunu eləmir. Hökumət elə bir iş aparmalıdır ki, o müəssisə bağlanmasın, düzəlsin. Bağlamaq düzgün deyil. Bu mallarda defisitin yaranmasına gətirib çıxarar".
Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda malların etiketlənməsində böyük problem var:
"Bakıda 20-ə qədər yalançı İvanovka dükanları fəaliyyət göstərir. Bir neçə müəssisə İvanovka adı altında mal buraxır. Bunların heç birinin İvanovka ilə əlaqəsi yoxdur. Kolxoz sədri ilə dəfələrlə danışmışam, İvanovkadan süd gəlmir. Uzun mübarizədən sonra "Uzun ömür" firması ilə danışıq aparıb, İvanovka sözünü yığışdıra bildik. Lakin "Qafqaz” MMC və digər müəssisələr hələ də bu addan istifadə edirlər. Dəfələrlə dövlət orqanlarına məlumat vermişəm, bununla heç kim məşğul olmur. AQTA yalnız guya qidanın təhlükəsizliyini təmin edir, ancaq bu yolla bağlamaq düzgün deyil".
Paylaş:
Müəllif : Yazar
Tarix:19-02-2022, 14:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər