reklam
Regionxeberlericom.az » Sosial » Magistratura imtahan suallarının ictimaiyyətə sızdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

reklam

Magistratura imtahan suallarının ictimaiyyətə sızdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA


Dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistratura səviyyəsinə qəbul imtahanı keçirilib. Lakin imtahandan sonra xoşagəlməz hal baş verib.

Belə ki, konfidensial qalmalı olan test sualları dünən naməlum şəxslər tərəfindən ictimaiyyətə təqdim olunub. Məsələ ilə bağlı Bizim.Media Dövlət İmtahan Mərkəzinə sorğu göndərib. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə imtahan qaydalarının pozulması faktını təsdiqləyib.

“Magistraturaya qəbul imtahanında tələb olunan qaydalara əsasən imtahan iştirakçıları cavab kartı ilə yanaşı, sual kitabçasını da nəzarətçiyə təhvil verməlidirlər. Fevral ayının 20-də keçirilən imtahanda 3 nəfər imtahan başa çatandan sonra materialların nəzarətçiyə təhvil verilməsi zamanı diqqətdən yayınıb və sual kitabçasını özü ilə aparıb. 1 nəfər isə sual kitabçasının içərisindən bir vərəqi çıxarıb və özü ilə götürüb”.

Xanlar Xanlarzadə həmçinin hazırda məsələ ilə bağlı araşdırmaların aparıldığını bildirib:

“Bu kimi hallarda həmin şəxslər imtahandan sonra kitabçanın şəklini çəkərək sosial şəbəkələrdə paylaşırlar. Hazırda qeyd olunan məsələlərlə bağlı araşdırma aparılır”.




Paylaş:


Müəllif : Tarix:
21-02-2022, 13:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər