reklam
Regionxeberlericom.az » Sosial » “Bakcell”in rəhbərliyində - DƏYİŞİKLİK OLUB

reklam

“Bakcell”in rəhbərliyində - DƏYİŞİKLİK OLUB


Azərbaycanda fəaliyyət göstərən mobil operator “Bakcell” MMC-nin Direkorlar Şurasında dəyişiklik baş verib.

regionxeberlericom.az Banker.az-a istinadən xəbər verir ki, Vasil Latsaniç “Bakcell Telekom”un ali idarə etmə orqanı sayılan Direktorlar Şurasının sədri təyin edilib. V.Lastaniç həmçinin “NEQSOL Holding”ə məxsus olan “Vodafone Ukraine” telekommunikasiya şirkətində Direktorlar Şurasının üzvidir.

V.Lastaniç, bu vəzifədə Lotar Haynrix Andreas Paulini əvəzləyib. L.H.A.Paulinin adi isə şirkətin İdarə Heyətində yer alacaq.

Hazırda “Bekcell” MMC-nin ali idarə etmə orqanında Yusif Cabbarov sədr müavini, Riçard Şirer, Ilter Terzioglu, Cenk Serdar şuranın üzvləridirlər.

Xatırladaq ki, “Bakcell” MMC 1996-ci ildə yaradılıb, 9 908 000 ABŞ dolları nizamnamə kapitalına sahibdir. Şirkətin baş icraçı direktoru Rainer Ratgeberdir. Şirkət “NEQSOL Holding”in strukturundadır.




Paylaş:


Müəllif : Tarix:
21-02-2022, 13:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər